Əsas Səhifə > Sosial, Manşet > ŞEYXİN CANGÜDƏNİ PARTİYA SƏDRİNİ HƏDƏLƏYİR
ŞEYXİN CANGÜDƏNİ PARTİYA SƏDRİNİ HƏDƏLƏYİR17-10-2011, 11:18 |
ERMƏNİLƏRƏ ETİRAZ ETMƏK DƏ BU ÖLKƏDƏ GÜNAHMIŞ DİA.AZ: - Məlum olduğu kimi, ermənilər yenə də Azərbaycan əleyhinə fəaliyyətlərini davam etdirirlər və bu dəfə Ermənistanda Azərbaycanda yenidən etnik separatizmin qızışdırılması yönündə planlar üzərində işlənilir. Belə ki, bu ilin 12-13 noyabr tarixində İrəvanda «talışşünaslıq» adı altında tədbir hazırlanır ki, burada da əsas məqsədin Azərbaycana yeni problemlərin yaradılmasının olduğu bir faktdır. Onu da bildirək ki, Ermənistanda talış separatçılarının toplanmasına bir sıra ünvanlardan etirazlar gəlib. Və etiraz bəyanatı verənlər sırasında Azərbaycanın Milli Qurtuluş Partiyasının sədri Vüqar Bəyturan da var. Amma deyəsən, bu vətənpərvərliyi ona baha başa oturub. Partiya sədrinin bildirdiyindən belə məlum olur ki, həmin bəyanatından sonra ona qarşı təhdidlər gəlməyə başlayıb və hətta onu konkret ünvanlar ölümlə də hədələyirlər. Bu barədə “Dünya” İnformasiya Agentliyinə (diaaz.space) açıqlama verən partiya sədri bildirir ki, bəyanıtının ardından təhdidlərə məpruz qalır: «Separatçılar tərəfindən öz ölkəmdə ölümlə hədələnirəm. Bu barədə müvafiq instansiyalara müraciət etmək qərarındayam. Ölkəmiz görün nə vəziyyətdədir ki, etnik separatçılar bu qədər azğınlaşmağı özləri üçün adi hal hesab edirlər. Hədələnmə konkret şəxslər tərəfindən edilib və hüquq-mühafizə orqanlarından təhlükəsizliyimin təmin edilməsini istəyəcəyəm». Vüqar Bəyturan onu təhdid edən şəxsin kimliyini də açıqladı: «Özünü Allahşükür Paşazadənin mühafizəçisi kimi təqdim edir və bildirir ki, hətta Qarabağ savaşında da işğal edib. «Rembo» ləqəbinin olduğunu da bildirir. İndi bu adamla bağlı əlavə məlumatlar toplayıram və lazımi instansiyalara müraciətimdə həmin faktları da təqdim edəcəm». Geri qayıt |