Əsas Səhifə > Gündəm, Manşet > KAMAL ABDULLA REKTORLUQDAN UZAQLAŞDIRILIR

KAMAL ABDULLA REKTORLUQDAN UZAQLAŞDIRILIR


10-10-2011, 12:46
KAMAL ABDULLA REKTORLUQDAN UZAQLAŞDIRILIR

DAHA İKİ REKTORLA BAĞLI DA EYNİ QƏRAR VERİLİB

DİA.AZ: - Hələ keçənlərdə mətbuatda belə bir məlumat yayılmışdı ki, hakimiyyət yeni dərs ilində təhsil sistemində çox ciddi islahatlar həyata keçirməyi düşünür ki, bunun da nəticəsində həm nazirlikdə və həm də TN-yə aid qurumlarda bir sıra dəyişiklər planlaşdırılır.

Bu xəbər çox keçmədi ki, özünü doğrultdu. Hətta yeni dərs ilinin açılışını da gözləmədilər. Prezident İlham Əliyevin birbaşa müdaxiləsi ilə Misir Mərdanovun 3 müavini bir günün içində görəvindən alındı və hələ yeni kadr islahatlarının da mümkünlüyü barədə informasiyalar aktuallığını qoruyub saxladı.

Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) məlumat verən təhsil nazirliyindəki etibarlı mənbənin blgisinə görə, TN-ni hədəfə alan yeni dalğada 3 ali məktəb rektorunun görəvindən alınması planlaşdırılır.

Xatırladaq ki, bu barədə də qabaqcadan müəyyən bilgilər cəmiyyətə ötürülmüşdü. İndi artıq bu istiqamətdə əməli tədbirlərin görülmə anının yetişdiyini bildirən mötəbər mənbənin sözlərinə görə, həmin 3 ali məktəb rektorunun kimliyi də məlumdur. Amma buna baxmayaraq redaksiyamız yalnız barəsində qəti qərar verilmiş yalnız bir rektorun kimliyini öyrənə bilib.

Mənbə bildirir ki, həmin şəxs Slavyan Universitetinin rektoru Kamal Abdulladır: «Artıq onunla bağlı yekun qərar verilib. Və eyni zamanda daha iki rektor vəzifəsini itirəcək».


Geri qayıt