Əsas Səhifə > Siyasət, Manşet > ƏLİ HƏSƏNOV «ÖZÜNÜ YIĞIŞDIRDI»

ƏLİ HƏSƏNOV «ÖZÜNÜ YIĞIŞDIRDI»


7-10-2011, 13:35
ƏLİ HƏSƏNOV «ÖZÜNÜ YIĞIŞDIRDI»

PA RƏSMİSİNİN «KÖŞK-PRESS»LƏRİNDƏ KOSMETİK İSLAHAT

DİA.AZ: - Keçən dəfələrdə bildirmişdk ki, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun əslində Bakının ümumi görüntüsünə kifayət qədər xələl gətirən (hətta dizayn baxımından bir qədər maraqlı olmasına baxmayaraq -red.) yeni «Köşk-Press»lərində qəzetdən başqa hər şey satılır. Sanki bir supermarketi xatırladan bu kökşlərdə qəzetlərin xalaxətrin qalmasın satılması və sırf olaraq mətbuat yayımı üçün nəzərdə tutulmasına baxmayaraq, daha çox bir ərzaq dükanı funksiyasını həyata keçirməsi barədə də ötən günlərdə məlumat vermişdik.

Deyəsən, bu məlumatlarımız bu köşklərin arxasında dayanan Əli Həsənovun müəyyən addımlar atmasına səbəb olub. Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) məlumat verən paytaxt sakinləri bildirirlər ki, artıq həmin köşklərdə kosmetik islahatlar həyata keçirilir.

Belə ki, digər malların üzərinə yerləşdirilən xüsusi metal piştaxtalarda yerləşdirilən qəzetlər yeni kökşkün maskirovkası üçün nəzərdə tutulub. Yəni bununla rəy yaratmağa çalışırlarki, «Köşk-Press»lər həqiqətən də adlarına uyğun şəkildə fəaliyyət göstərirlər.

Artıq bu «islahatın» metronun «İçərişəhər» stansiyası qarşısında həyata keçirildiyini və digər köşklərdə də eyni «islahatların» aparılacağı haqda məlumatlar almışıq. Yəni yazdıqlarımız təsirsiz qalmayıb. Amma bu təsirin özü belə yetərli olmayıb. Hər halda, köşklər qəzet satışı üçün nəzərdə tutulubsa, o zaman həmin köşklərdə spirtli içkilərin nə işi var?

Onu da xatırladaq ki, Əli Həsənov media aləminə tam olaraq nüfuz edə bilməsi üçün iki mətbuat yayımı firması formalaşdırıb. Bunlardan biri «Kaspi» mətbuat yayımı firması, digəri isə «Köşk-Press»lərdir. Bu yolla qəzet satışına nəzarəti də ələ keçirməyi qəsd edən PA rəsmisi yeni köşkləri ilə eyni zamanda pərakəndə küçə biznesində də öz qüvvəsini sınamaq qərarındadır. Çünki gələn məlumatlarda söylənilir ki, «Köşk-Press»lər sırf olaraq küçə ticarətinə alternativ üçün nəzərdə tutulub.


Geri qayıt