Əsas Səhifə > Gündəm, Manşet > RUSİYA ŞEYXİN PULLARINA ƏL QOYDU

RUSİYA ŞEYXİN PULLARINA ƏL QOYDU


22-02-2012, 13:56
RUSİYA ŞEYXİN PULLARINA ƏL QOYDU

HAVA LİMANINDA 60 MİLYON DOLLAR HƏCMİNDƏ RUS PULU SAXLANILDI

DİA.AZ: - Bu arada redaksiyamıza çox maraqlı bir məlumat daxil olub. Bilgili qaynağın sözlərinə görə, bu günlərdə bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadəyə məxsus olan 2 milyard rus rubluna Rusiyanın xüsusi xidmət orqanları tərəfindən əl qoyulub. Mənbə bildirir ki, həmn pul da Hacı Mazanın da ortaqlığı var imiş.

«Dünya» İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) daxil olan xəbərə görə, təxminən 60 milyon ABŞ dollarına yaxın olan həmin rus pulları Şeyxlə Hacı Mazana məxsus olan obyektlərdə toplanan nağd pullardır: «Maraqlıdır ki, həmin pullar rubla çevrilərək Azərbaycandan çıxarılıb. Və bu işdə, yəni pulların rus rubluna çevrilməsində Dağıstandakı məşhur din nümayəndələrindən biri də yardımçı olub».

Məlumata görə, pullar Azərbaycandan təyyarə ilə VİP-dən keçirilən zaman saxlanılıb: «Təbii ki, həmin pulların sonrakı aqibətinin necə olacağı aydındır. Şeyx Rusiyada çox böyük nüfuza sahibdir». Mənbəmiz artıq pulların geri qaytarılması üçün Paşazadənin Moskva ilə əlaqəyə girdiyini də bəyan etdi.

Geri qayıt