Əsas Səhifə > Gündəm, Manşet > KƏMALƏDDİN HEYDƏROVDAN QADAĞA GƏLDİ
KƏMALƏDDİN HEYDƏROVDAN QADAĞA GƏLDİ16-02-2012, 13:10 |
FHN ŞEFİNİN MÜAVİNLƏRİNDƏN BİRİNƏ QARŞI KORRUPSİYA İTTİHAMI DİA.AZ: - Fövqəladə hallar naziri Kəmaləddin Heydərov hər zaman qəzetlər üçün «çörək» hesab olunub. Hətta ayrı-ayrı qəzet redaktorları açıq şəkildə dəfələrlə bildiriblər ki, Kəmaləddin Heydərovdan yazmayanda tirajları aşağı düşür və bununla da redaksiyaların büdcəsi zərər görür. Elə qəzetlərlə hər zaman mehriban davranan Kəmaləddin Heydərovun özü də bir növ belə bir mühitin yaranmasına şərait yaratmaqdadır. Bir neçə dəfə «mən heç bir qəzeti və jurnalisti məndən yazdığına görə məhkəməyə verməyəcəm» bəyanıtını verən Kəmaləddin Heydərov deyəsən, artıq yorulub. Bununla bağlı «Dünya» İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) daxil olan məlumatlardan aydın olur ki, keçən həftənin şənbə günü FHN şefi mətbuatdakı dayaqlarına rəhbərlik edən KİV rəhbərlərini və eləcə də nazirlikdə bu işdən sorumlu olan məsulları bir araya yığaraq, onları diqqətli olmağı və barəsində yazılan yazıların ciddi şəkildə araşdırılması tapşırıb. Mənbəmiz bildirir ki, bu vaxta qədər Kəmaləddin Heydərov bu şəkildə narahat olmaıb: «Ola bilsin ki, artıq FHN şefinin yaratdığı bu mühit enində-sonunda onun öz əleyhinə işləyib. Hər halda, bu gün FHN ilə bağlı çox ciddi faktlar mətbuata asanlıqla yol tapır və rəqibləri də bu faktlardan nazirə qarşı istifadə edirlər». Məsələn, bu günlərdə qəzetlərin birində FHN strukturlarında çalışan yüksək ranqlı məmurların Kür çayının daşması nəticəsində yaranmış sel fəlakətinin yaratdığı fəsadların aradan qaldırılması üçün ayrılan vəsaiti mənimsəməkdə ittiham olundu və ortaya qoyulan faktlardan aydın olurdu ki, davamlı olaraq, təxminən 4 milyon manata yaxın pul ortada «qeybə çəkilib». Təbii ki, bu çox ciddi korrupsiya ittihamı idi. Mənbəmiz bildirir ki, artıq bu faktların müvafiq dövlət qurumları tərəfindən araşdırılmasına da göstəriş verilib: «Bəlkə də bu nədənlə artıq Kamal müəllim rəhbəri olduğu strukturla bağlı məlumatların kütləviləşməsinə embarqo qoyulmasında maraqlıdır. Əgər korrupsiyaya qarşı mübarizə idarəsi həmin faktların üzərinə yerimə sərbəstliyinə nail olarsa, hətta FHN şefinin müavinlərindən birinin də qolları qandallana bilər». Geri qayıt |