Əsas Səhifə > Gündəm, Manşet > RAMİZ MEHDİYEVİN GEDİŞ PLANI HAZIRDIR

RAMİZ MEHDİYEVİN GEDİŞ PLANI HAZIRDIR


3-10-2011, 13:43
RAMİZ MEHDİYEVİN GEDİŞ PLANI HAZIRDIR

«KİMSƏ CÜRƏT EDİB BU BARƏDƏ MÜZAKİRƏ APARA BİLMİR»

DİA.AZ: - Son günlər Prezident Administrasiyasının rəhbəri postunda dəyişiklik ediləcəyi barədə yayılan xəbərlər daha da intensiv xarakter almaqdadır. Elə buna görə də artıq bəzi kütləvi informasiya vasitələrində hazırki rəhbər Ramiz Mehdiyevin yerinə şanslı namizədlərlə bağlı müəyyən informasiyalar verilir.

Bu barədə «Dünya» İnformasiya Agentliyinə (diaaz.space) müəyyən bilgilər daxil olub. Bu barədə redaksiyamızı bilgiləndirən mötəbər qaynağın sözlərindən belə aydın olur ki, Ramiz Mehdiyev gələn ilin mart ayında öz ərizəsi ilə işdən uzaqlaşdırılacaq:

«Artıq Mehdiyevin gedişi ilə bağlı plan da hazırdır. Və PA rəhbəri öz ərizəsi ilə işdən gedəcək və bunun da ardından müvafiq sərəncamla Ramiz Mehdiyevin Heydər Əliyev Mərkəzinə rəhbər gətirilməsi nəzərdə tutulur».

Mənbəmiz onu da bildirdi ki, PA rəhbəri postuna bu vaxta qədər bir neçə nəfərin adı namizəd kimi çəkilsə də, bu posta ən şanslı aday kimi hazırda PA-da şöbə müdiri postunu tutan Zeynal Nağdəliyevin adı hallandırılsa da, məsələ tamam fərqli yön də ala bilər:

«Hələlik Ramiz Mehdiyevi kimin əvəz edəcəyi məlum deyil və bu məsələ dəqiqləşməyib. Ümumiyyətlə, bu mövzu ətrafında hazırda kimsə cürət edib müzakirələr də apara bilmir».

Onu da qeyd edək ki, mətbuatda «boz kardinal» adı ilə təqdim olunan Ramiz Mehdiyevin hakimiyyətin ən əsas fiquru olduğu da söylənilir. Elə buna görə də bu günlərdə açıqlanan «VikiLiks»ə aid məxfi sənədlərdə də göstərilirdi ki, hətta ABŞ kimi dünya nəhəngi də Ramiz Mehdiyevin azərbaycanda hakimiyyətdə olan qüvvələr üzərindəki hökmranlığından bərk əndişə keçirir və hətta Ramiz Mehdiyev bu zaman İlham Əiyevə böyük təsir gücünə malik bir şəxs kimi xarakterizə olunur.

Amma son məlumatlardan aydın olur ki, artıq Ramiz Mehdiyevin erası da bitmək üzərədir. Gələn il 75 yaşına qədəm qoyacaq PA rəhbərinin yerinə isə kimin təyin ediləcəyini indidən söyləmək çətindir.


Geri qayıt