Əsas Səhifə > Sosial, Manşet > HAKİMİYYƏT GERİ ÇƏKİLMƏLİ OLDU

HAKİMİYYƏT GERİ ÇƏKİLMƏLİ OLDU


15-02-2012, 13:11
HAKİMİYYƏT GERİ ÇƏKİLMƏLİ OLDU

HÖKUMƏT PLANA DÜŞƏN EVLƏRLƏ BAĞLI YENİ MEXANİZM HAZIRLAYIR

DİA.AZ: - Məlum olduğu kimi, son zamanlar evləri plana düşən sakinlərlə hökumət nümayəndələri arasında tez-tez toqquşmalar yaşanılır. Hətta yüzlərlə vətəndaşın şikayəti bu gün ayrı-ayrı məhkəmə instansiyalarının icraatındadır. Bu istintaq işlərindən Avropa İnsan Haqqları Məhkəməsinə gedib çıxanları da var.

Əslində bütün bu problemlər plana düşən evin hər kvadratmetrinə 1500 manatlıq limitin qoyulmasından sonra başladı. Hər halda, burada vətəndaşların haqlı olduğu hər kəsə məlumdur. Çünki bu gün əgər Bakıda bir kvadratı 10-20 min manata evlər satılırsa, o zaman həmin ərazidə plana düşən evin müqabilində vətəndaşa təklif olunan kompensasiya ən azından insafsızlıqı təzahürü kimi qəbul edilə bilər.

«Dünya» İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) bununla bağlı açıqlama verən Nazirlər Kabinetindəki məlumatlı qaynaq da bildirir ki, artıq hökumət də bu yöndə baş verən insidentdən ciddi şəkildə narahat olmağa başlayıb: «Bir yandan da beynəlxalq təşkilatların bu məsələyə xüsusi önəm verməsi, həmçinin «Avroviziya» təşkilatçılarının bu günlərdə vətəndaşların mülkiyyət hüquqlarının tapdanmasına sərt reaksiya vermələri rəsmi Bakını düşünməyə vadar edib».

Mənbəmiz bildirir ki, artıq Nazirlər Kabinetinə bununla bağlı müvafiq mexanizmin hazırlanması yönündə göstərişlər verilib: «Demək olar ki, yeni uyculamalarda vətəndaşların maraqları nəzərə alınacaq. Yəni əvvəlki qaydadan imtina olunacaq və ərazinin «bahalı zona» olması vətəndaşların mülkiyyətlərinin qarşılığında təklif olunan kompensasiyasının miqdarının müəyyən olunmasında nəzərə alınacaq».

Mənbəmiz onu da bildirdi ki, artıq bu istiqamətdə çox ciddi mərhələlər geridə qalıb: «Ola bilsin ki, mart ayının əvvəllərindən etibarən yeni qaydaların tətbiq olunmasına başlanılacaq».


Geri qayıt