Əsas Səhifə > Gündəm, Manşet > ELMAN RÜSTƏMOVA QARŞI KÖHNƏ İTTİHAM
ELMAN RÜSTƏMOVA QARŞI KÖHNƏ İTTİHAM8-02-2012, 12:03 |
MƏRKƏZİ BANKIN SƏDRİ 3 İL ƏVVƏLKİ OĞURLUĞUN GÜDAZINA GEDƏ BİLƏR DİA.AZ: - Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov yenidən hakimiyyət içindəki müəyyən dairələrin hədəfinə çevrilməkdədir. Bununla bağlı «Dünya» İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) çox ilginc faktlar daxil olub. Belə ki, əldə etdiyimiz məlumatlarda artıq Elman Rüstəmovun sonunun yaxınlaşdığı və onun yerinə hazırda Neft Fondunda yüksək vəzifə tutan şəxslərdən birinin gətiriləcəyi bildirilir. Bununla bağlı faktları diqqətinizə çatdırmamışdan öncə bəzi məqamlara nəzər salmağımıza ehtiyac var. Bildirək ki, Elman Rüstəmovun adı bu vaxta qədər bir neçə qalmaqalda halandırılıb. Həta 2009-cu ildə MBİH sədrinin işçiləri 7 milyon manat pulu oğurluqda suçlu bilinərək mühakimə olundular. Lakin bu prosesdə Elman Rüstəmov sudan quru çıxmağa müvəffəq oldu. Hətta onun arxasında duran qüvvələr özlərini o qədər əmin hiss etdilər ki, bu işdə iştirakının olması şübhə doğurmayan MBİH sədri mətbuat qarşısına çıxaraq, bir növ ictimaiyyəti ələ salan tərzdə açıqlamaları ilə də yadda qaldı. "Pul, ona toxunan hər kassirin və xəzinədarın özünün məsuliyyəti kimi saxlanılır. Çünki həmin pul bağlamasının üzərində xəzinədarın və mühasibin adı və möhürü olur. Dövlətə və ya müştəriyə çatana qədər həmin pulun məsuliyyətini xəzinədar və mühasib daşıyır". Bunu da Mərkəzi Bankının rəhbəri Elman Rüstəmov milli valyutanın denominasiyası zamanı 7 milyon manatın oğurlanmasına münasibət bildirərkən belə deyib. Hər halda, bu açıqlamadakı ironiya və əminlik həmin ərəfədə də əksəriyyətin diqqətindən yayınmadı. Elman Rüstəmov həmin açıqlamasında eyni zamanda bildirmişdi ki, təqsirləndirilən şəxslər Azərbaycan Mərkəzi Bankında bir nəfərin belə adını çəkə bilmirlər: "Bu adamlardan nə soruşsalar deyirlər ki, məsələdən xəbərləri yoxdur, onların əsas arqumentləri budur. Lakin Mərkəzi Bankın menecment sistemində fərdi məsuliyyət və fərdi müqavilə var. Odur ki, bu, birbaşa onların öz məsuliyyətidir. İstintaq sirri olduğundan mən həmin şəxslərin adlarını açıqlaya bilmərəm. Lakin iş üzrə saxlanılanların əksəriyyəti pensiyaçı adamlardır. Məni narahat edən onların taleyidir. Çünki biz hamımız insanıq, indi o adamlar nəvələri ilə birgə oynamalı idilər, hansısa oğurluqda suçlanmalı deyildilər". Elman Rüstəmovun bu hadisənin Azərbaycan Mərkəzi Bankının tarixində tarixi sınaq olduğunu deyib. Onun sözlərinə görə, qurumun kollektivi hadisədən xəbər tutanda şok içərisində olub: "Çünki bu işdə həm də Mərkəzi Bankın, kollektivin reputasiyası şübhə altına alınır və təbii ki, bu dərin təəssüf doğurur". Mərkəzi Bankın İdarə Heyətinin sədri burada çalışan hər kəsin pulla işlədiyini və bu səbəbdən atdığı addımların məsuliyyətini anladıqlarını deyir. Onun sözlərinə görə, təqsirli bilinən şəxslərin niyə oğurluğa əl atması başa düşülən deyil: "Mən hələ də başa düşə bilmirəm ki, bu, onların nəyinə lazım idi? Həmin nənələrin, anaların müttəhimlər kürsüsündə oturması onlara, ailələrinin reputasiyasına yaraşırmı? Sakit təqaüdçü həyatına hazırlaşmaq əvəzinə, nəvələrini böyütmək əvəzinə onlar bu yolu seçiblər". Lakin elə həmin ərəfədəcə yayılan faktlar da təsdiqlədi ki, əslində Elman Rüstəmov bu işdə birbaşa suçlu olub. Bu barədə yayılan xəbərlərdə deyilənlər: «Elman Rüstəmov «həbs olunanlar susur, kimsənin adını çəkmirlər» deməsilə əslində, çox ciddi səhvə yol vermişdi. Amma nədənsə kimsə bu məsələnin üzərinə yerimədi. Əgər araşdırılsaydı, Elman Rüstəmovun həmin adamlara sumalarının müqabilində nələri təklif etdiyini rahatlıqla öyrənmək olardı». Onu da bildirək ki, redaksiyamızı bu barədə bilgiləndirən qaynaq, neçə illərdir gizli tutulan 7 milyonluq oğurluq işinə aydınlıq gətirib. Həmin şok faktları diqqitənizə çatdırırıq və hər kəs MBİH-də hansı oyunların günü bu gün də cərəyan etməsinə şahidlik edəcək. Gəlin hadisənin təfsilatına diqqətlə yanaşaq. Oğurluq faktının üstü açılandan sonra birbaşa hədəfə bankın İdarə Heyətinin rəhbəri Elman Rüstəmov götürülür. O isə az qala yalvarıcı sözlərlə günahını boynuna almaq həddinə çatır. Hətta sədrin ən yaxın adamının- Abdulla Məlik-Aslanovun həbs olunması əməliyyatı keçirilir. Keçirilən əməliyyat nəticəsində Abdulla Məlik-Aslanov həbsə alınır və qısa müddətdə azadlığa buraxılır. Bu artıq E.Rüstəmovun həbsi üçün də əsas yaradırdı. Çünki A.M.Aslanov yeganə adam idi ki, illər boyu E.Rüstəmovun fəaliyyətinin ən gizli məqamlarını bilirdi və bu işdə ki, rolu artıq ortaya çıxırdı. A.M.Aslanovun həbs edilməsi bir tərəfdən E.Rüstəmovun azadlıqda qalmaq şansını artırırdısa, digər tərfdən müəyyən gizli faktlarında aşkarlanması prosesini sürətləndirirdi. Ən vacib məsələ isə bu idi ki, E.Rüstəmovun ən azı bir neçə gün vaxtı oldu və qabaqlayıcı tədbirlər həyata keçirə bildi. Məsələn, kimləri qurban vermək, özünün prosesdə ümumiyyətlə iştirakını təkzib etmək və prosesin istiqamətini dəyişdirmək baxımından. Bu məqamda aldığımız dəqiq məlumata görə, E.Rüstəmova Prezident Adminstrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdən kömək istəyir. Daha doğrusu, A.M.Aslanovun atası ilə bu şəxs dostdur və o, imkanlarını işə salaraq ilk növbədə Abdulla Məlik-Aslanovun azadlığa çıxmasını təmin etməli olur. A.M.Aslanov azadlığa çıxarsa, zəncir həlqəsi qırılar və ittihamların ünvanı dəyişə bilərdi. Bu belə də olur. Hansısa yolla A.M.Aslanov azadlığa çıxır. Dərhal prosesin istiqaməti dəyişir. Bu ərəfədə isə artıq təşəbbüs E. Rüstəmovun əlinə keçir və o, rəsmi şəkildə belə Mərkəzi Bankda baş verənləri təsdiqləyir. Bundan bir neçə gün sonra gözlənilmədən növbəti olay baş verir. Həbsdən müəmmalı şəkildə azadlığa çıxan A.M.Aslanov gözlənilmədən yenidən müvəqqəti olaraq saxlanılır. Bir gün təcridxanada saxlanılıb izahat alındıqdan sonra A.M.Aslanovun nələr danışdığı və nələri «etiraf etdiyi» məlum deyil. Məlum olan budur ki, A.M.Aslanov həbsdən azad olunan günü (düzdür, A.M. Aslanov mətbuat nümayəndələrinə mətbuat konfransı keçirəcəyi vədini versə də, sonra bu fikrindən daşınır-red.) E.Rüstəmov mətbuat konfransı keçirir. Baş verənlərə görə, peşmançılıq çəkdiklərini və cinayətkarların cəzalanmasını istəyir. Ən maraqlı başqa bir məqam isə budur ki, Abdulla Məlik-Aslanovun azadlığa çıxmasından sonra iş Respublika Prokurorluğuna verilir. Prezident Adminstrasiyasının rəhbəri istintaqın ünvanı dəyişdirilməsində Elman Rüstəmova yardımçı olur. Bununla da A.M.Aslanov azadlığa buraxılır, məhkəmə işi sürətlə həyata keçirilir və bu gün də bəlli olduğu kimi, bir neçə nəfər yaşlı qadın qurban verilir. Amma məsələ bununla bitmir. Redaksiyamızı bilgiləndirən mənbə iddia edir ki, hakimiyyətin içində Elman Rüstəmova qarşı fəaliyyətdə olan qüvvələr yetərincədir və onlar bu olaydakı qaranlıq məqamlrı hələ keçən ilin fevral ayında yenidən gündəmə gətirmək istəyiblər: «Həmin ərəfədə korrupsiyaya qarşı dövlətin ciddi mübarizəsi gedirdi və MBİH sədrinin rəqiblərinin əlinə gözəl fürsət düşmüşdü. Amma yenə də Ramiz Mehdiyev faktoru Elman Rüstəmovun görəvdə qalmasına və ittihamlardan kənarda tutulmsına rəvac vermiş oldu». Mənbəmizin məlumatlarından aydın olur ki, amma buna rəğmən yenidən 2009-cu ilin «müdhiş olaylarının» gündəmə gətirilməi planlaşdırılır: «Hətta hazırda bu işlə bağlı qolları qandallanan MBİH-in sabiq işçilərindən biri ilə gizli anlaşma da əldə olunub. Və əgər planın icrasına qərar verilərsə, ilk əvvəl həmin şəxsin «açıq məktubu» yerli mətbuatın araçılığı ilə ictimailəşəcək». Məlumatlara görə, həmin şəxs Elman Rüstəmovun nəinki 7 milyon manatın oğurlanmasında, daha böyük məbləğdə vəsaitin mənisənilməsində iştirakçı olduğunu sübuta yetirən faktları da açıqlaya bilər: «Hələlik bütün bu işlər məxfi qaydada həyata keçirilir. Amma bu faktlar açıqlanarsa, hətta Ramiz Mehdiyev də Elman Rüstəmovu orumağa müvəffəq olmayacaq». Mövzu diqqətimizdədir. Bizi izləyin… Geri qayıt |