Əsas Səhifə > Gündəm, Manşet > İKİ SABİQ DEPUTAT VƏZİFƏYƏ GƏTİRİLİR
İKİ SABİQ DEPUTAT VƏZİFƏYƏ GƏTİRİLİR1-02-2012, 12:57 |
«YAP İQTİDARI SONA QƏDƏR SƏDAQƏTLİ QALANLARI MÜKAFATLANDIRIR» DİA.AZ: - Hazırda Daşkəsən rayonuna rəhbərlik edən Əhəd Abıyevin «bəxtinin açılması» bir çox sabiq deputatlarda ruh yüksəkliyinə nədən olsa da, sonradan bu eyforik təəssüratlar tamamən aradan qalxmış oldu. Hər halda, bəlli oldu ki, Əhəd Abıyevin deputat mandatının əlindən alınmasının ardından icra başçısı mövqeyinə gətirilməsi istisna xarakteri daşıyır və digərlərinin geri dönüşüm şansları heç də bu təyinatla əlaqəli deyil. Halbuki həmin ərəfədə daha bir neçə sabiq milolət vəkilinin yüksək vəzifəyə gətirələcəyi bildirilirdi. Onlardan biri bu gün daha çox iqtisadi fəaliyyətilə diqqəti cəlb edən Gədəbəyin sabiq deputatı Nazim Məmmədovdur. Xatırladaq ki, Nazim Məmmədov 2010-cu ilin may-iyun aylarında Kür çayının daşması nəticəsində yaranmış sel fəlakəti zamanı Mili Məclisdə çox sərt mövqeyi ilə diqqətə gəlmişdi. Hətta həmin ərəfədə deputatın bütün fəlakətlərin önlənməsinə cavabdeh olan fövqəladə halar naziri Kəmaləddin Heydərova qarşı cəbhə açdığı da bildirilirdi. Lakin keçmiş deputat etdiklərinin cavabını qısa müddət içində aldı. Onun metronun «Neftçilər» stansiyası yaxınlığında yerləşən klinikası ətrafında yaşanan çaxnaşma ilə bərabər mandatına da əl qoyuldu. YAP-ın vahid namizədi ilə sona qədər döyüşəcəyini bəyan etsə də, bir günün içində Nazim Məmmədov söylədiklərini geri oxumalı oldu. Və Əhəd Abıyevin vəzifəyə təyin edildiyi ərəfədə söylənildi ki, Nazim Məmmədov nazirlərdən birinin yerinə hazırlanır. Lakin bu xəbər öz təsdiqini tapmadı. Daha bir sabiq deputat, bir zamanlar «Yeni Müsavat» qəzetində hazırki iqtidarın ünvanına sərt yazıları ilə tanınmış Aynur Camalqızının da vəzifə gözlədiyi məlum olmuşdu. Belə ki, Aynur xanım elə də yüksək ambisiyalara düşməyərək, xırda bir vəzifədə gözünün olduğunu hiss etdirmişdi. Özünə yaxın jurnalistlərin əli ilə mətbuata «Aynur Camalqızı Nizami rayon icra hakimiyyətinin başçısının müavini postuna gətirilir» şəklində şaiyələr yaysa da, onunla bağlı hər hansı təyinat yeniliyi baş vermədi. Lakin hələ də onların ümid etməsinə şərait var. Bu barədə «Dünya» İnformasiya Agentliyinə (diaaz.space) Nazirlər Kabinetindəki məlumatlı dairələrdən sızan informasiyada da bildirilir ki, həm Nazim Məmmədovun və həm də Aynur Camalqızının NK-da işlə təmin edilməsi məsələsi gündəmdədir. Bu barədə danışan mənbə vurğulayır ki, YAP iqtidarı hansısa məqamda onunla bir sırada addımlamış şəxslərdən qəti şəkildə imtina ənənəsinə malik deyil: «Təbii ki, onların hər ikisi səbr nümayiş etdirərək əvvəlki siyasi mövqelərinə sədaqət nümayiş etdiriblər. Buna görə də, bu günlərdə «yuxarıların» verdiyi qərara əsasən hər iki sabiq millət vəkilinə Nazirlər Kabinetində müəyyən vəzifələr veriləcək». Mənbəmiz sabiqlərin konkret olaraq hansı vəzifələrə gətirələcəyi ilə bağlı heç nə deməsə də, bu prosesin yaxın vaxtalara təsadüf edəcəyini söylədi. Geri qayıt |