Əsas Səhifə > Ölkə, Manşet > RAMİZ MEHDİYEV HƏRƏKƏTƏ KEÇİB

RAMİZ MEHDİYEV HƏRƏKƏTƏ KEÇİB


29-09-2011, 14:14
RAMİZ MEHDİYEV HƏRƏKƏTƏ KEÇİB

PA RƏHBƏRİ YENİ PREZİDENT KOMANDASINA QARŞI

DİA.AZ: - Hakimiyyət içində ciddi qarşıdurma yaranıb. Bu barədə məlumat redaksiyamıza iqtidar daxilindəki mötəbər mənbələrdən ötürülüb.

«Dünya» İnformasiya Agentliyinə (diaaz.space) çatan xəbərə görə, son günlər Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev necə ki, müstəqil və müxalif mətbuata qarşı kampaniyaya start verib, eləcə də hakimiyyət içindəki rəqiblərinin susdurulması ilə məşğuldur.

Məlumatlı mənbənin iddiasına görə, PA rəhbəri əsas olaraq onun yerinə adı alternativ kimi hallandırılan PA-nın şöbə müdiri Zeynal Nağdəliyevi sıradan çıxarmağı düşünür. Bu barədə mənbənin söylədikləri: «Zeynal Nağdəliyevlə bağlı konkret şəkildə hərəkətə keçən Ramiz Mehdiyev hətta bu addımlarının iqtidarının ümumi maraqlarına zərbə vura biləcəyindən də ehtiyatlanmır».

Xatırladaq ki, keçənlərdə də bu konfliktlə bağlı müəyyən məlumatları diqqətinizə çatdırmışdıq. Son informasiyalarda isə vurğulanır ki, Zeynal Nağdəliyevə dəstək verənlərdən biri də PA-nın digər şöbə müdiri Əli Əsədovdur. Əli Əsədov isə milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumudur. Və istisna deyil ki, Ramiz Mehdiyevlə savaşan Zeynal Nağdəliyevə prezidentin yeni komandasından da dəstək gəlsin.

Bu barədə məlumat verən qaynağa görə, əslində Zeynal Nağdəliyev də prezidentin yeni komandasının üzvlərindən hesab olunur və köhnə eşalonla vidalaşdıqdan sonra onun PA rəhbəri postuna gətirilməsi ilə bağlı planlar ciddidir. Hələliksə bu məsələlər yubanır.


Geri qayıt