Əsas Səhifə > Gündəm, Manşet > KOMİTƏ SƏDRLƏRİNİN AÇIQ DÖYÜŞÜ
KOMİTƏ SƏDRLƏRİNİN AÇIQ DÖYÜŞÜ26-01-2012, 12:24 |
KƏRƏM HƏSƏNOV İNDİ DƏ QƏRİB MƏMMƏDOVU BİTİRMƏK İSTƏYİR DİA.AZ: - «Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənova hakimiyyət içində çox pis münasibət var». Bu sözləri redaksiyamıza Nazirlər Kabinetindəki qaynaq bildirib. Mənbənin «Dünya» İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) bildirdiklərindən belə aydın olur ki, Kərəm Həsənov əslində 2005-ci ilin 17 Oktyabr hadisələrindən sonra etimadı itirib: «Doğrudur, həmin olaylardan sonra Kərəm Həsənovun iqtisadi baxımdan mövqeləri gücləndi. Və hətta onun daha yüksək vəzifələrə gətiriləcəyi xəbərləri də yayıldı. Amma buna rəğmən komitə sədrinin nüfuzu çox aşağı səviyyədədir ki, bu da onun zamanında Kərəm Həsənovu hakim elitaya daxil etmiş və Kərəm Həsənovun yetişməsində müstəsna rol oynamış sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevə xəyanəti ilə bağlıdır». Mənbəmiz bildirir ki, əslində Kərəm Həsənov həmin addımı ilə iqtidarın ümumi maraqlarına xidmət edirmiş kimi görünür: «Amma iqtidarda oturanlar da insandırlar və onlar da yaxşı bilirlər ki, Kərəm Həsənov kimiləri çox təhlükəli olurlar və onlarla yoldaşlıq ağır nəticələr verə bilər». Əldə etdiyimiz məlumatlardan aydın olur ki, Kərəm Həsənov yenə də məmurlardan birinə «tikilən torba»ya müəlliflik edə bilər. Bu barədə danışan mənbəmi iddia edir ki, komitə sədri digər komitə sədrini hədəfə alıb: «Söhbət Kərəm Həsənovun Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovla açıq düşmənçiliyindən gedir». Mənbəmiz bildirir ki, Kərəm Həsənov indi də Qərib Məmmədovu bitirmək istəyir və ona qarşı artıq «yuxarılara» yetərincə «donoslar» ötürməyə müvəffəq olub: «Onlar sırf olaraq iqtisadi baxımdan nifaqda olalar da, Kərəm Həsənov həm mətbuatda apardığı kampaniya ilə məsələni ictimailəşdirə bilib, həm də «yuxarıları» Qərib Məmmədova qarşı çevirməyi bacarmaqla siyasiləşdirə bilib». Mənbəmiz idda edir ki, hətta vəziyyət o həddə çatıb ki, artıq yuxarı instansiyalar Qərib Məmmədovun gedişi ilə bağlı məsələləri müzakirəyə də çıxarıblar. Mövzu diqqətimizdədir. Bizi izləyin… Geri qayıt |