Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Partiya > İSA QƏMBƏR PREZİDENTLİYƏ NAMİZƏD OLACAQ
İSA QƏMBƏR PREZİDENTLİYƏ NAMİZƏD OLACAQ26-01-2012, 12:11 |
![]() “MƏSƏLƏ QURULTAYIN GÜNDƏLİYİNƏ SALINACAQ” “İsa Qəmbər növbəti qurultayda başqanlıqdan getsə də, onun 2013-cü il seçkiləri üçün prezidentliyə namizədliyi irəli sürüləcək”. Bu sözləri Modern.az saytına Müsavat başqanının müavini Tofiq Yaqublu deyib. Onun sözlərinə görə, bununla bağlı məsələ mart ayının əvvəllərində keçirilməsi nəzərdə tutulan qyrultayın gündəliyinə də salınacaq: “Doğrudur, hələ ki qurultayın gündəliyi tam bəlli deyil. Amma partiyadaxili müzakirələrdə bu məsələyə xüsusi önəm verilir. Partiya üzvlərinin də böyük əksəriyyəti İsa Qəmbərin başqanlıqdan getməsinə baxmayaraq, 2013-cü il seçkilərində prezidentliyə namizədliyinin irəli sürülməsinin tərəfdarıdır”. Tofiq Yaqublu məhz bu səbəbdən qurultayın gündəliyində İsa Qəmbərin prezidentliyə namizədliyinin irəli sürülməsi ilə bağlı məsələnin də olacağını istisna etmir: “Biz əgər İsa bəyin namizəd olmasını istəyiriksə, məsələ mütləq qurultay səviyyəsində həllini tapmalıdır”. Geri qayıt |