Əsas Səhifə > Gündəm, Manşet > ASİM MOLLAZADƏ SƏDRLİKDƏN GEDİR

ASİM MOLLAZADƏ SƏDRLİKDƏN GEDİR


29-09-2011, 11:52
ASİM MOLLAZADƏ SƏDRLİKDƏN GEDİR

ONUN YERİNƏ “AZADLIQ”IN SABİQ BAŞ REDAKTORU GƏTİRİLİR

DİA.AZ: - Demokratik İslahatlar Partiyasının Siyasi Şurasının növbəti toplantısı olub. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, toplantıda ölkədəki ictimai-siyasi vəziyyət, partiyanın 3-cü qurultayına hazırlıqla bağlı məsələlər müzakirə olunub.
Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin məlumatları dinlənilib.

Siyasi Şura partiyanın 3-cü qurultayının 7 oktyabr 2011-ci il tarixində keçirilməsi ilə bağlı qərar qəbul edib.

“Dünya” İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) daxil olan informasiyada isə bildirilir ki, bu dəfəki qurultayda partiyanın hazırki sədri, deputat Asim Mollazadə rəhbər postuna namizədliyini irəli sürməyəcək.

Bu barədə partiyaiçi qaynağın xəbərinə görə, ADİP-ə yeni sədr kimi Gündüz Tahirlinin gətirilməsi planlaşdırılır. Qeyd edək ki, bir zamanlar “Azadlıq” qəzetinin baş redaktoru olmuş Gündüz Tahirli ADİP-də fəallıq etməsə də, siyasətə dönmək niyyətindədir.


Geri qayıt