Əsas Səhifə > Hadisə, Manşet > İKİ NAZİRƏ QARŞI KAMPRAMAT DOLU QOVLUQ

İKİ NAZİRƏ QARŞI KAMPRAMAT DOLU QOVLUQ


28-09-2011, 16:16
İKİ NAZİRƏ QARŞI KAMPRAMAT DOLU QOVLUQ

HAKİMİYYƏTİÇİ MÜBARİZƏ YENİDƏN ALOVLANIR

DİA.AZ: - Ayrı-ayrı məmurların bir-birilərinə qarşı savaş açması artıq bir ənənə halını alıb. Hətta bu məsələdə ölkə başçısı İlham Əliyevin sərt davranması belə bəzi çevrələr üçün yetərli hesab olunmur. Xatırladaq ki, bir neçə il əvvəl İlham Əliyev həmin ərəfədə üz-üzə gələn iki naziri bərk şəkildə hədələmişdi.

Belə ki, mətbuatda, hətta hakimiyyətin nəzarətində olan telekanallarda bir-birilərinə savaş elan edən o zamankı əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevlə indiki təhsil naziri Misir Mərdanovun arasında kəskin mübarizə gedirdi. İş o həddə çatdırıldı ki, nəhayətdə bu məsələ ilə bağlı prezident İlham Əliyev təşkil olunan müşavirədə hədələrini də səsləndirdi: «Kim siyasətlə məşğul olmaq istəyirsə, buyurub istefa versin və siyasətlə məşğul olsun».

Lakin bu hədələyici bəyanat da yetərli olmadı. Və nəhayətdə Əli Nağıyev nazir postundan alındı.

İndi də oxşar durumun yarandığını bildirən hakimiyyət içindəki məlumatlı mənbənin «Dünya» İnformasiya Agentliyinə (diaaz.space) bildirdiyinə görə, bu dəfə də iki nazir arasında çox ciddi savaş mühiti yaranmaqdadır: «Artıq neçə gündür ki, həmin nazirlər bir-birilərinin əleyhinə mətbuata kampramat xarakterli məlumatları mətbuatda işıqlandırırlar. Hətta bu məlumatlar içində elələri var ki, hakimiyyətin ümumi maraqlarını belə təhlükə altında qoyur».

Məhz bu səbəbdən işə yenə də prezidentin qarışdığını bildirən mənbə vurğulayır ki, hər iki məmurla bağlı materiallar toplanaraq dövlət başçısına çatdırılıb: «Bu məlumatlarda onların ayrı-ayrı vaxtlarda bir-birilərinə qarşı materialları hansı yollarla mətbuata çatdırdıqları əks olunub».

Təbii ki, bütün bu araşdırmalarının bir nəticəyə hasil olacağını bildirən mənbəmiz qeyd etdi ki, bu dəfə də münaqişə tərəflərinin ən azından biri üçün istefa yolu görünməkdədir.


Geri qayıt