Əsas Səhifə > Ölkə, Manşet > SABİQ DÖVLƏT MƏMURUNUN ŞOK AÇIQLAMALARI

SABİQ DÖVLƏT MƏMURUNUN ŞOK AÇIQLAMALARI


23-01-2012, 15:24
SABİQ DÖVLƏT MƏMURUNUN ŞOK AÇIQLAMALARI

«KİMİ AZADLIQDA GÖRMƏK İSTƏYİRSƏİNİZSƏ, ONDAN AZ YAZIN»

DİA.AZ: - «Hakimiyyət 31 Dekabr - Dünya Azərbaycanlılarıın Həmrəyliyi Günü ərəfəsində verdiyi əfv fərmanı ilə beynəlxalq qurumlara meydan oxudu. Amnistiya ilə bağlı deyilənlər də həqiqətə uyğun deyil. Çünki hakim komandada belə bir qənaət var ki, iqtidarın qorunması uğrunda hər zaman sərt olmaq lazımdır». Bu sözləri «Dünya» İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) dövlət qurumlarının birində çalışmış sabiq məmurlardan biri söyləyib.

Həmsöhbətimiz siyasi məhbus məsələsi və ümumiyyətlə, mətbuatın hakimiyyətin addımlarını proqnozlaşdırma cəhdləri ilə bağlı bir sıra məqamlara toxunub: «Mətbuat əksər hallarda yanılır. Məsələn, yazırlar ki, «filan məmur filan məmurla döyüşür». Doğrudur, iri məmurlar arasında konflikt var, amma bu konfliktlə bağlı qeyri-cidd faktlar əksər hallarda qəzet səhifələrinə yol tapır».

Həmsöhbətimizə görə, amnistiya ilə bağlı deyilənlər də həqiqətə uyğun deyil: «Bu kimi məsələlər hakimiyyət üçün prioritet hesab olunur və bu kimi proselərdə hakimiyyətdən yuşmalma, güzəşt gözləmək yersizdir. Çünki hakimiyyət daxilində, daha doğrusu, hakimiyyətin yuxarı pillələrində hansısa yumşaq siyasət aktual deyil. Daha çox sərtlik tələbi aktualdır. Və belə düşünülür ki, hakimiyyəti də məhz sərtliklə qorumaq olar».

Mənbəmiz bildirir ki, hakim komanda əfv məsələsinə hər zaman həssas yanaşıb: «Burada mətbuatın yaratdığı ictimai rəy də önəmlidir. Mətbuat ilk əvvəl yazır ki, «Ruslan Bəşirli azadlığa çıxacaq». Sonra isə «Hakimiyyət Ruslan Bəşirlini məhbəsdə saxladı» başlığı ilə yazı verir. Hər dəfə də mötəbər mənbələrə istinad olunur. Daha anlamırlar ki, bunları yazmaq olmaz. Çünki hakimiyyət bu vaxta qədər bir məsələdə prinsipiallıq nümayiş etdirib. O da müxalif mətbuatın yaratdığı qənaətin darmadağın edilməsi. Əgər hakimiyyət hansısa müxalifət qəzetinin proqnozlaşdırdığı xəbəri düz çıxartmış olarsa, o zaman bu vaxta qədər həmin qəzetin yazdıqları da rəsmiləşmiş olur. Yəni bu məqam inanın ki, hakimiyyət üçün çox mühümdür. Ona görə də əgər kimnsə azadlığını istəyirsinizsə, ondan az yazın».

Sabiq məmur redaksiyamızın əməkdaşları ilə söhbətində onu da bildirdi ki, bu gün hakimiyyət kimi azad edibsə, məhz öz iradəsi ilə azad edib: «Heç kəs hakimiyyətin iradəsindən kənar azad olmayıb. Eynulla Fətullayevin sonrakı mövqeyi də təsdiqlədi bunları. Eynulla Fətullayev məhbəsdə olarkən daha hörmətli, daha çəkili idi, nəinki azadlığa çıxandan sonra. Bu kimi məsələlərə xüsusi olaraq diqqət yetirməlisiniz».

«Bu, o deməkdirmi ki, hakimiyyət nəyi yazsaq, tərsini edəcək» sualımızın qarşılığında isə sabiq dövlət məmuru bunları söylədi: «Bəlkə də hə. Həqiqətən də belədir. Bunu özünüz də müşahidə edib görə bilərsiniz. Hakimiyyət yazılanların əksinə olaraq hərəkət edir. Bunun özü də bir siyasətdir. Çünki yazılanlar daha çox barışdırıcı mahiyyət daşıyır və hakimiyyətin cəmiyyətə sırımağa müvəffəq və maraqlı olduğu XOF üçün təhlükə daşıyır».


Geri qayıt