Əsas Səhifə > Hadisə, Manşet > MİSİR MƏRDANOV SİMVOLİK NAZİRDİR
MİSİR MƏRDANOV SİMVOLİK NAZİRDİR27-09-2011, 15:03 |
QULU NOVRUZOV HAL-HAZIRDA TƏHSİL NAZİRLİYİNİ İDARƏ EDİR DİA.AZ: - Bir neçə gün əvvəl istefanın bir addımlığında olan, lakin yekunda yaxasını qurtarmağı bacaran təhsil naziri Misir Mərdanovla bağlı redaksiyamıza çox ilginc faktlar daxil olub. Bu barədə «Dünya» İnformasiya Agentliyini (diaaz.space) bilgiləndirən mötəbər qaynağın sözlərinə görə, Misir Mərdanov əslində, 3 müavini ilə birgə görəvdən alınmalı imiş: «Lakin o, müəyyən şərtlər daxilində həm canını və həm də karyerasını qutara bilib». Çünki Misir Mərdanovun görəvdən alındıqdan sonra ona və yaxınlarına qarşı cinayət işi də açıla bilərmiş. Bu barədə danışan mötəbər qaynaq iddia edir ki, təhsil nazirliyinin təmir-tikinti sektoruna rəhbərlik edən nazirin doğma xalası oğlu Allahverdi Dəmirov və eləcə də, təhsil nazirliyinin tikinti və təmir tenderlərinin «ənənəvi qalibi» «Xumar-98» və «Qardaşlıq» firmalarının sahibi, Ağcabədi rayon Aqrarservisin rəhbəri Mövsüm İsmayılov barəsində açılmış və hələlik icrası müəyyən müddətlik dondurulmuş cinayət işinin bir ucu birbaşa olaraq Misir Mərdanova bağlanır. Bu barədə redaksiyamızı bilgiləndirən mənbəyə görə, doğrudur, ərdanov hər iki yaxın adamını astronomik həddə pulun - 20 milyon avronun müqabilində qoruya bilsə də, məsələ hələ də tam olaraq qapanmış hesab olunmur: «Bu baxımdan Misir Mərdanov dünənə qədər özünü hələ də iynənin üstündə otururmuş kimi hiss edirdi. Lakin son prosesdə o, bütün problemlərini yoluna qoya bildi». Anlaşmaya görə, Misir Mərdanovun yalnız simvolik olaraq nazir postunda saxlanıldığını bildirən qaynaq, iddia edir ki, hal-hazırda nazir funksiyasını bir zamanlar təhsil nazirliyinin beynəlxalq əlaqələr şöbəsinə rəhbərlik etmiş və bir neçə gün əvvəl mübhəm olaylar zamanı, 3 nazir müavininin görəvdən alınmasının ardından nazir müavini postuna irəli çəkilən Qulu Novruzov icra etməkdədir. Mənbə bildirir ki, əslində Qulu Novruzov həmin gün Misir Mərdanovun yerinə təyin olunmalı idi. Lakin həbs təhlükəsi nəhayətdə Misir Mərdanovu bir çox ünvanlar qarşısında diz çökməyə vadar edib. Geri qayıt |