Əsas Səhifə > Hadisə, Manşet > PREZİDENT SƏFƏR ƏBİYEVİ SEÇDİ

PREZİDENT SƏFƏR ƏBİYEVİ SEÇDİ


27-09-2011, 13:18
PREZİDENT SƏFƏR ƏBİYEVİ SEÇDİ

MÜDAFİƏ NAZİRİ ALTERNATİV YOXLAMALARA BAŞLADI

DİA.AZ: - Son günlər Müdafiə Nazirliyi sistemində bir çalxalanma ab-havası yaşanmaqdadır. Bu barədə yayılan məlumatlardan hətta belə qənaətlər də ortaya çıxarılır ki, artıq ordunun problemlərindən dolayı Müdafiə Nazirliyinin üst düzəyində dəyişiklik də planlaşdırılır.

Və bildirək ki, bu məsələ ilə bağlı mətbuata maraqlı çevrələr tərəfindən davamlı olaraq informasiyalar da ötürülür. Ki, bu informasiyalarda Müdafiə Naziri Səfər Əbiyevin «vurulacağı» onun yerinə isə Nəcməddin Sadıqovun və yaxud da bir başqa birisinin gətiriləcəyi barədə bilgilər yer alır.

Xatırladaq ki, bir ara prezidentin təhlükəsizlik və müdafiə məsələləri üzrə müşaviri Vahidəliyev tərəfindən orduda yoxlamalar aparıldı və bu yoxlamaların nəticələrindən ibarət hesabatın artıq prezidentə çatdırıldığı bildirilir. Bir sözlə, ordu sistemində nələrəsə hazırlığın getdiyi bütün istiqamətlərdə duyulmaqdadır.

Amma istənilən halda son sözün ali baş komandanda - prezident İlham Əliyevdə olması şəkksizdir. Bu barədə «Dünya» İnformsiya Agentliyini (diaaz.space) məlumatlandıran hakimiyyət içindəki mötəbər qaynaq bildirir ki, artıq ordu sistemindəki böhranlı duruma prezident tərəfindən əl qoyulub.

Mənbənin söylədikləri: «Prezident bir ali baş komandan olaraq 2013-cü ilə qədər Müdafiə Naziri postunda heç bir dəyişiklik etməyəcək».

Mənbə bildirir ki, yenə də Səfər Əbiyevə üstünlük veriləcək: «Səfər Əbiyev əslində bugünkü durum üçün ən münasib fiqurdur. Heç bir hakimiyyətiçi qruplaşmaya daxil olmayan Səfər Əbiyevin eyni zamanda beynəlxalq güclərə münasibətdə də daha çox azərbaycanın maraqlarına uyğun bir mövqedə dayanması onun yerində qalmasını zəruri edib».

Mənbəmiz sonda onu da bildirdi ki, Vahid Əliyevin həyata keçirdiyi yoxlamalara alternativ olaraq Müdafiə Nazirliyi tərəfindən də yoxlamalara start verilib: «Çünki prezidentə təqdim olunan hesabatda həqiqətə uyğun olmayan faktların da yer aldığı məlum olub».

Geri qayıt