Əsas Səhifə > Gündəm, Manşet > BİNƏQƏDİ SAKİNLƏRİNƏ DİVAN TUTULUR
BİNƏQƏDİ SAKİNLƏRİNƏ DİVAN TUTULUR26-09-2011, 14:00 |
«BİNƏQƏDİ-OİL»İN İŞÇİSİ QAÇQINLARI DA ÇÖLƏ ATIR DİA.AZ: - Keçən günlərdə məlumat verərək bildirmişdik ki, Binəqədi rayon sakinləri Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə, Daxili İşlər Naziri Ramil Usubova, Baş Prokuror Zakir Qaralova və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevə ünvanladıqları şikayət məktubunun bir surətini də redaksiyamıza ünvanlayıblar. Daxil olan şikayət məktubunda bildirilirdi ki, rayon ərazisində «BinəqədiOİL» şirkətinin qoçuları peyda olub: «Onlara Azad Məmmədov adlı birisi rəhbərlik edir. Azad Məmmədov yeni tikililər bir yana qalsın, hətta köhnə tikililəri belə qanunsuz yolla ələ keçirir». Şikayətçilərin sözlərinə görə, ona bu işdə Binəqədi rayon məhkəməsi köməklik edir: «Azad Məmmədov «BinqədiOİL» adından köhnə sənədləri olan evləri də məhkəməyə verərək, onların sökülməsinə şərait yaradan qanunsuz məhkəmə qərarlarını əldə edir». Bildirilir ki, bu yolla Azad Məmmədov yüzlərlə məcburi köçkün ailəsinin evsiz qoyub. Bildirək ki, redaksiyamız tərəfindən apardığımız araşdırmalar nəticəsində Azad Məmmədov tərəfindən «plana salınan» evlərin əksəriyyətinin heç də «BinəqədiOİL» şirkətinin balansında olmadığını aşkarladıq. Bu isə o deməkdir ki, bu şirkət qoçusu qanunsuz əməllərlə məşğuldur. Təbii ki, evlərinin plana düşməsini istəməyənlər Azad Məmmədova görüm-baxım etmək məcburiyətindədirlər. Bunun üçün isə qiymətləri yenə də Azad Məmmədovun özü müəyyən edir. Şikayətçilərin ünvanladıqları müraciətdə bildirilir ki, Azad Məmmədov evlərini qoruyub saxlamaq istəyənlərdən 2-10 min manat arası rüşvət tələb edir. Apardığımız araşdırmalar nəticəsində müəyyən edə bildik ki, Azad Məmmədov məhkəmə yolu ilə hətta qanuni sənədi olan evlərin də müvafiq sənədlərini məhkəmə yolu ilə ləğv etdirməyə nail olub. Bir sözlə, Binqədidə Azad Məmmədov, Bağdadda kor xəlifə… «Dünya» İnformasiya Agentliyinə (diaaz.space) daxil olan son məlumatda isə qeyd olunur ki, hətta bu kimi müraciətlər belə Azad Məmmədovun durdurulması üçün yetərli olmayıb. Bu barədə Binəqədi sakinləri redaksiyamıza bildiriblər ki, Azad Məmmədov özünü o qədər arxayın hiss edir ki, hətta evlərini PLANA SALDIĞI Qarabağ qaçqınlarına çox arxayıncasına belə deyib: «Niyə siz məni anlamırsınız, mənim dediklərimi başa düşmək istəmirsiniz? Bilin ki, buranın icra başçısı da mənəm, polisi də mənəm, məhkəməsi də. Gedin, kimə istəyirsiniz şikayət edin». Sakinlər bildirir ki, Azad Məmmədov bu işdə özbaşına deyil: «Təbii ki, onun arxasında dayananlar var. Yoxsa, Azad Məmmədovun ixtiyarında 3-4 buldozer olmazdı. Özgə vaxtı evlərə gərən boru xəttləri partlayanda bir dənə də olsun buldozer təşkil edə bilmirdilər. İndi Azad Məmmədov evləri sökmək üçün 4 buldozer gətirdib». Sakinlər onu da bildirdilər ki, son ümidləri prezident İlham Əliyev və ARDNŞ rəhbəri Rövnəq Abdullyevdir: «Onlar bu işə əl qoysalar, «BinəqədiOil»in adından başımıza oyun açan Azad Məmmədovu durdurarlar. Yoxsa yerli rəhbərlik bu adamın əlində aciz qalıb». Geri qayıt |