Əsas Səhifə > Siyasət, Manşet > HAKİMİYYƏT İÇİNDƏ YENİ ÇƏKİŞMƏ
HAKİMİYYƏT İÇİNDƏ YENİ ÇƏKİŞMƏ26-09-2011, 11:49 |
RAMİZ MEHDİYEV ZEYNAL NAĞDƏLİYEVƏ QARŞI DİA.AZ: - Nə hakimiyyətin yaş senzi «açılımı» nə də hansısa bir hadisə bu gün YAP hakimiyyətinin ağır toplarından biri, elə həm də birincisi hesab olunan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin görəvdən alınması üçün bir səbəb rolunu oynaya bilmir. Mərhum prezident HeydərƏliyevin idarəetmə prinsiplərini tamamilə əxz etmiş kimi görünən PA rəhbərini elə bu gün iqtidar düşərgəsinin əsas siması kimi təqdim edənlər də var. Ona görə də mətbuatda «boz kardinal» kimi təqdim olunan Ramiz Mehdiyev bir zamanlar ANS-çi Mirşahinin təbirində «ölkənin səlahiyyətlisindən də səlahiyyətli» qiymətini almağa müvəffəq olmuşdu. Doğrudur, bu ifadənin səslənməsindən indiyinə qədər Ramiz Mehdiyevin əksinə işləyə biləcək elə bir ciddi hadisə baş verməyib. Yəni onun nüfuzunun aşağı düşmədiyi, hələ də ictimai-siyasi həyatda ən vacib fiqurlardan biri olduğu göz önündədir. Və elə diqqət yetidrikdə görə bilərik ki, Ramiz Mehdiyevlə yanaşı, onun çevrəsi də tam olaraq irəliləməkdədir. Məsələn, bu gün PA-da Ramiz Mehdiyevin əsas adamlarından birincisi hesab olunan PA-nın şöbə müdiri Əli Həsənov media müstəvisində çox ciddi mövqeləri ələ keçirməyə müvəffəq olub. Əli Həsənov onlarla qəzeti öz nəzarəti altında saxlayır. Bundan əlavə PA-nın şöbə müdiri «Araz» radiosuna, «Xəzər»TV-yə, Beynəlxalq Mətbuat Mərkəzinə, «Kaspi» yayım firmasına, «Bakıpress» yayım firmasına, yeni qurulmaqda olan «Kaspi» mətbəəsinə və daha neçə media strukturuna sahiblənib. Ki, bütün bunlar da əslində Ramiz Mehdiyevin media ilə bağlı planlarının icrası kimi təqdim oluna bilər. Bundan əlavə, Ramiz Mehdiyev hakimiyyətiçi münasibətlərdə də çox ciddi mövqelərə malikdir. Bu gün tikinti sektorunda, ərzaq-qida sənayesində və bir sıra mühüm strateji iqtisadi sahələrdə Ramiz Mehdiyevin favoritliyini görməmək mümkün deyil. Uzun müddətdən bəri ölkənin siyasi yükünü də «çəkməli olan» Ramiz Mehdiyev eləcə də müxalif cinahla bağlı proseslərdə də əsas fiqur kimi diqqətə gəldiyindən, əslində, onun malik olduğu gücü təsəvvür etmək belə çətindir. Amma bu çətinliyə baxmayaraq, bütün fövqəllərin sonu olduğu kimi, Ramiz Mehdiyevin də erasının bitəcəyi tarix var. Və artıq bu tarixə indidən tədarük görülməkdədir. Bu barədə redaksiyamıza çox ciddi çevrələrdən məlumatlar daxil olub. Belə ki, hakimiyyət içindəki mötəbər qaynaqların «Dünya» İnformasiya Agentliyinə (diaaz.space) verdiyi xəbərlərə görə, artıq prezident İlham Əliyev onun «şəriki» kimi təqdim olunan və bəzi hallarda bu şərikliyi qabarıq şəkildə hiss olunan Ramiz Mehdiyevlə yollarını ayırmaq qərarını verib. Mötəbər mənbənin söyləntilərindən bəlli olur ki, hal-hazırda Ramiz Mehdiyevin yerinə alternativ qüvvələrin gücləndirilməsi prosesinə start verilib. Xatırladaq ki, bu vaxta qədər Ramiz Mehdiyevdən sonrakı dönəm üçün PA rəhbəri postuna ən şanslı namizəd kimi PA-nın şöbə müdirləri Əli Əsədovla Zeynal Nağdəliyevin adları çəkilməkdədir. Və son olaraq yayılan məlumatlarda bildirilir ki, artıq Əli Əsədov Zeynal Nağdəliyevlə eyni qrupda təmsil olunur və onlar çəkici bir zindana vurma barədə qərara gəliblər. Hətta onların mövqelərinə həm PA daxilindən və həm də kənardan kifayət qədər ciddi dəstəyin verildiyi də söylənilir. Etibarlı mənbənin bildirdiklərində isə qeyd olunur ki, elə prezident İlham Əliyev də Ramiz Mehdiyevdən sonrakı dönəm üçün PA rəhbəri postuna əsas olaraq Zeynal Nağdəliyevin gətirilməsində maraqlıdır: «Yəni Zeynal Nağdəliyev sırf olaraq İlham Əliyevin kadrıdır və onun komandasının üzvüdür. Ramiz Mehdiyev isə köhnə eşalondan qalan ən qabarıq fiqur kimi mütləq şəkildə istefaya göndərilməlidir». Mənbəmiz bildirir ki, Ramiz Mehdiyevlə bağlı planların icrasına yaxın günlərdə start verilə bilər. Çünki Ramiz Mehdiyev istənilən halda həm hakimiyyətin monolitliyini və həm də elə İlham Əliyevin birnciliyini şübhəyə alan br faktor kimi qabarmaqdadır. Belə olan təqdirdə prezidentin onunla vidalaşması artıq qaçılmaz bir prosesə çevrilib. Redaksiyamıza çatdırılan bir başqa məlumatda isə bildirilir ki, Zeynal Nağdəliyevin onun yerinə hazırlanması xəbərindən hali olan PA rəhbəri artıq əsas rəqibinə qarşı indidən hərəkətə keçib: «Bütün istiqamətlərdə Zeynal Nağdəliyevin adamları, ona yaxın olan şəxslər, hətta onun həmyerliləri belə sıxışdırılır. Vəziyyət o həddə çatıb ki, hətta bu günlərdə orta ranqlı bir vəzifəyə təyinat zamanı bir şəxs məhz Zeynal Nağdəliyevin həmyerliyi olması səbəbindən Ramiz Mehdiyevin müdaxiləsi ilə vəzifəyə təyin edilməyib. Yəni vəziyyət bu həddədir». Təbii ki, bu prosesin bir sonu olmalıdır. Və olacaq da. Mənbəmiz bildirir ki, Ramiz Mehdiyev əslində hazırda özünümüdafiə ilə məşğuldur: «Bunlar hücum xarakterli deyil. Çünki hücum edən cinah əks tərəfdir». Xatırladaq ki, bu vaxta qədər mətbuatda Ramiz Mehdiyevin PA rəhbərliyindən sonrakı dönəm üçün yeni iş yeri ilə bağlı da müəyyən informasiyalar verilib. Və bu xəbərlər içində ən populyarı Mehdiyevin hələ binasının inşası başa çatmayan HeydərƏliyev Mərkəzinə rəhbər gətirilməsidir. Qeyd edək ki, mətbuatda bu mərkəzin SSRİ zamanında mövcud olan keçmiş «politbüro» ilə eyni statusda olacağı söylənilir. Yəni Ramiz Mehdiyev PA-dan gedəcəyi təqdirdə belə, ona ölkənin idarə olunması yönündə müəyyən şansların tanınacağı söylənilir. Amma nə qədər şans tanınsa da, yeni post PA rəhbəri postu qədərində əhəmiyyətli ola bilməz. Geri qayıt |