Əsas Səhifə > Gündəm, Manşet > YƏHUDİLƏRLƏ GİZLİ BAKI ANLAŞMASI
YƏHUDİLƏRLƏ GİZLİ BAKI ANLAŞMASI11-12-2011, 16:36 |
İRANIN HƏDSİZ AQRESSİYASININ SİRRİ ÇÖZÜLÜR DİA.AZ: - Keçən ay İsrailin milli infrastruktur naziri Uzi Landau Azərbaycana səfər etdi. Rəsmi məlumatlarda deyildi ki, səfər zamanı iki ölkə arasında iqtisadi, sənaye, infrastruktur sahələri ilə bağlı əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Landau Bakıda olarkən prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə görüşdü. İsrailli nazirin Azərbaycana səfəri ilə bağlı yayılan rəsmi məlumatlar elə bu cümlələrdən ibarətdir. Amma səhər ərəfəsində mətbuatda İsrail nazirinin Azərbaycana daha çox neftlə bağlı gəldiyi barədə məlumatlar da yer alıb. Amma Dövlət Neft Şirkəti mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev həmin ərəfədə mətbuata açıqlamasında bildirdi ki, görüşdə enerji sektorunda əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyindən söz açılsa da neft-qazla bağlı hər hansı sənəd imzalanmayıb. Bildirək ki, bu barədə “Dünya” informasiya Agentliyi redaksiyasına (diaaz.space) da ilginc faktlar verilib. Mötəbər mənbənin bildirdiyinə görə, iki ölkə arasında iqtisadi, hərbi və enerji sahəsində dərin əməkdaşlıq mövcuddur və hər iki tərəf bu əməkdaşlığı davam etdirməkdə maraqlıdır: “Amma bu səfərin nüvə proqramı ilə bağlı İran ətrafında beynəlxalq münasibətlərin gərginləşməsi fonunda baş verməsinə diqqət çəkmək lazımdır. Buna kompleks şəkildə baxmaq lazımdır. Bu səfər bir sıra məsələləri əhatə edib. Burda enerji təhlükəsizliyi məsələsi, regional təhlükəsizlik və bu istiqamətlər üzrə əməkdaşlığın daha da genişlənməsi kimi məsələlər var». Bildirək ki, İsraillə Azərbaycan arasında getdikcə dərinləşən əməkdaşlığa İran tərəfindən həmişə mənfi reaksiyalar var. Və elə son gərginliyin kökündə də bu məqam dayanır. Amma mənbəmiz bildirir ki, bu kimi reaksiyalar iki ölkə arasındakı əməkdaşlığa təsir edəcək gücdə deyil: «İndi seçim dövrü deyil, Azərbaycan artıq öz seçimini edib. Hansısa problemlər yaradıla bilər, amma bu əməkdaşlıq, bu strategiya dönməzdir». Mənbəmiz bu əsnada maraqlı bir faktı da açıqladı: “Landau Bakıda olarkən İran əleyhinə mühüm bir anlaşma əldə olunub. Ona görə də Əli Həsənov İrana getdi və rəsmi Tehranın könlünü almağa çalışdı. Lakin görünür ki, İran azərbaycanın izahatını yetərli qəbul etməyib”. Geri qayıt |