Əsas Səhifə > Siyasət, Manşet > FHN ŞEFİ KİMİ BAŞ NAZİR GÖRÜR?
FHN ŞEFİ KİMİ BAŞ NAZİR GÖRÜR?9-12-2011, 11:57 |
KƏMALƏDDİN HEYDƏROVUN DA ÖZ PLANLARI VAR DİA.AZ: - Bu haqda çox yazılıb və gün kimi aydındır ki, baş nazir Artur Rəsizadə iş qabiliyyətli deyil. Hətta ölkə mətbuatı dəfələrlə dəqiqləşdirilmiş məlumatlar dərc edib ki, səhhətində yaranmış problemlərdən dolayı baş nazir bir neçə dəfə istefa verməyə hazırlaşsa də hər dəfə onun cəhdləri faydasız olub. Görünür, hakimiyyət onun yerinə »məsləhətli» kadr tapmayınca Artur Rəsizadə bu postda oturacaq. Amma hər şeyin sonu olduğu kimi bu oyunun da bir sonu olmalıdır. Xəstə və ahıl bir qocanı nə vaxtadək görüntü naminə baş nazir postunda əyləşdirəcəklər? Təbii ki, hər kəsə o cümlədən hakimiyyət içindəki iri güclərə də aydındır ki, yaxın gələcəkdə həmin oyuna son veriləcək və yeni baş nazir təyin olunacaq. Odur ki, bir neçə ildir ki, ayrı-ayrı qruplaşmalar rəsmən ölkənin ikinci şəxsi olacaq yeni baş nazirin özlərinə yaxın bir şəxsin olmasına cəhd edirlər. Bu məqsədlə həmin qruplaşmalar arasında dəfələrlə »nüfuz savaşı» baş verib, hər kəs öz iddiasını ortaya qoyub, amma bu cəhdlər hələ ki, lazımi nəticəni verməyib. Yeni baş nazirin kimliyi məsələsində hələ ki, hər hansı qruplaşma birinci şəxsdən tam razılıq almağa müvəffəq olmayıb. Məsələylə bağlı adı daha çox hallandırılan məmurlardan biri və bəlkə də birincisi isə fövqəladə hallar naziri Kamaləddin Heydərovdur. Məlumdur ki, son vaxtlara qədər fövqəladə hallar naziri Kəmaləddin Heydərov baş nazirlik mübarizəsinə qalxmış və sonda məlum olmuşdu ki, bu baş tutan sevda deyil. Ən azından ona görə ki, hakimiyyət baş nazir postunda hər zaman siyasi cəhətdən iddiasız və »fağır» şəxsi görmək istəyir. Kamaləddin Heydərovun baş nazirlik üçün tələb olunan bu »kriteriyalara» uyğun gəlmədiyi isə açıq şəkildə ortadadır. Belə olan halda »fövqəlnazir» baş nazirlik məsələsində ehtiyyat varianta üz tutub və özünün yox, özünə yaxın məmurlardan birinin namizədliyini irəli sürüb. Hökumət daxilindəki mənbənin “Dünya” İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) bildirdiyiinə görə, özünün siyasi dayaq nöqtələrini formalaşdırma niyyətinə düşən »fövqəlnazir» hətta etibarlı və inanılmış kadrları üçün yüksək mövqelər nəzərdə tutub. Məsələn, hazırda vergilər naziri görəvində olan Fazil Məmmədovun baş nazirliyə gətirilməsi məqsədi var. Kamaləddin Heydərov bununla ölkəni daha çox nəzarəti altına almağı və siyasi qərarların verilməsindəki iştirak faizini yüksəltməyi hədəfləyib. Amma mənbəmiz onun bu planlarının »yuxarılar»da heç də məmnunluqla qarşılanmadığını iddia edir. Redaksiyamıza daxil olan son məlumatlardan aydın olur ki, FHN şefinin bu niyyətlərinə nəhayətdə »dur» deyiləcək. Bu barədə məlumatı verən hökumət içindəki qaynağın sözlərinə görə, ilk olaraq Kəmaləddin Heydərovun yaxın çevrəsi və iqtisadi imperiyası hədəfə alınacaq. Və ilk hədəflərdən birinin də Kəmaləddin Heydərovun prezident kürsüsünə daşındığı yolda baş nazir kimi görülən Fazil Məmmədov olacaq: »Fazil Məmmədov Kəmaləddin Heydərovun ən yaxın silahdaşı kimi vəzifədən alınacaq. Onunla bərabər FHN şefinin nəzarətində olan digər dövlət qurumlarında da rəhbər dəyişikliyi planlaşdırılır». Geri qayıt |