Əsas Səhifə > Güney Press, Üçüncü sektor > BİR QƏZET YAZISI GƏNCƏNİ QARIŞDIRDI

BİR QƏZET YAZISI GƏNCƏNİ QARIŞDIRDI


3-05-2013, 10:13
BİR QƏZET YAZISI GƏNCƏNİ QARIŞDIRDI
ELMAR VƏLİYEV NƏDƏN ƏNDİŞƏ KEÇİRİR?

“Yeni Müsavat” qəzetinin bu günki sayında “Prezident Elmar Vəliyevi ölümünə danlayıb” başlıqlı yazının dərc olunması Elmar Vəliyevin əlaltılarını narahat etməyə başlayıb. Gülmək istəyənlər buyurub moderator.az saytında Elmar Vəliyevə həsr olunmuş yazını oxuya bilərlər. Gəncə "XANI"nın modernləşdirilməsinə gəlincə, bu məsələ maraqlıdır. Bu barədə "AzeriNews.org"a daxil olan məlumatlarda bildirilir ki, Elmar Vəliyev bü gün Gəncəyə yaxşı bələd olub və bu şəhərin məmurları ilə dolanan əlaltılarına əməlli başlı şərait yaradıb. Elə bu baxımdan da icra başçısının çörək verdiyi şəxslər onun müdafiəsinə qalxıblar. Görünür həmin şəxslər Gəncəni çapıb talayan, insanların hüquqlarını pozan Elmar Vəliyevdən geri qalmırlar. Əks halda icra başçısının bu qədər müdafiəsinə qalxmağa ehtiyyac olmazdı.
Bu arada diaaz.space da maraqlı məluma yayıb. Saytın iddiasına görə, sözü gedən məsələ ilə bağlı artıq Gəncə şəhər icra hakimiyyətinə yaxın dairələr sözügedən informasiyanı təkzib ediblər. Amma ortalıqda kifayət qədər qaranlıq məqamlar var.
Məsələ ilə bağlı diaaz.space-a Gəncədəki qaynaqların bildirdiyindən belə aydın olur ki, Elmar Vəliyevin durumu həqiqətən də ürəkaçan deyil və ona ciddi şəkildə xəbərdarlıq edilib. Mənbənin söylədikləri:
«Prezident seçkiləri ərəfəsində hansısa icra başçısı zavala gəlməlidir. Və həmin başçı sərt formada cəzalanacaq. Bu gün narazılıqların olduğun bütün rayonların icra başçıları ciddi şəkildə xəbərdarlıq alıb ki, Prezident Administrasiyası tərəfindən edilən bu xəbərdarlıq heç də qeyri-ciddi deyil və bu xəbərdarlığın ardından real tədbirlər gələcək».
Mənbəmizin sözlərinə görə, xəbərdarlıq alan icra başçılarından biri də Elmar Vəliyevdir: «Elmar Vəliyevin rəqibləri də bu situasiyadan yararlanmaq üçün hərəkətə keçiblər. Gəncənin icra başçısı postu kifayət qədər ciddi və gəlirli bir mövqedir. Və bu post uğrunda mübarizə aparanlar da son olaydan sonra hərəkətə keçiblər. Ona görə Elmar Vəliyev də narahatdır».

Geri qayıt