Əsas Səhifə > Gündəm, Manşet > HAKİMİYYƏT İÇİNDƏ MƏTBUAT DAVASI
HAKİMİYYƏT İÇİNDƏ MƏTBUAT DAVASI7-12-2011, 12:41 |
PREZİDENT ADMİNİSTRASİYASI DİGƏR QRUPLAŞMALARIN QƏZETLƏRİNİ HƏDƏFƏ ALIB DİA.AZ: - «Hakimiyyətiçi qruplaşmalar bu dəfə mətbuat uğrunda mübarizəyə qalxıblar». Bu barədə məlumat «Dünya» İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) iqtidar daxilindəki qaynaqlardan ötürülüb. Xatırladaq ki bir neçə gün əvvəl Prezident Administrasiyası daxilində yeni qüvvələrin mətbu maraqlar naminə bir sıra addımlar atması və hazırda mətbuata nəzarət imkanları baxımından öndə olan PA rəhbəri Ramiz Mehdiyevin Əli Həsənov vasitəsilə yönəltdiyi mətbu rıçaqları hədəfə alması barədə məlumat vermişdik. Redaksiyamıza daxil olan son informasiyalarda isə bildirilir ki, PA rəhbəri eyni zamanda digər qurumların, məsələn MTN-nin və DİN-nin nəzarətində olan media quruluşlarını da hədəfə alıb. Məlumatı verən mənbə iddia edir ki, bu qəbildən olan qəzetlərin hədəfə alınmasına start verilib: «Onlara qarşı da müxtəlif yollarla təzyiqlər ediləcək. Doğurudur, onların əksəriyyəti bu gün müxalif mövqedə deyil. Amma buna baxmayaraq PA qərarında israrlıdır. Bu isə Mehdiyevin Əli Həsənovun timsalında media aləmində yeganə qüvvə olma istəyinin təzahürü kimi qəbul olunur». Onu da xatırladaq ki, PA-nın rəsmi orqanı olan «Respublika» qəzeti və daha bir neçə mətbu orqan Əli Həsənovun kurasiyasından kənar muxtariyyətə malikdirlər: «Buna görə də, «Rspublika» qəzetində də rəhbər dəyişikliyi planlayan administrasiyanın ilk hədəflərindən biri elə sözügedən qəzet olacaq. Başqa qəzetlərə də müxtəlif sanksiyalar tətbiq edilməklə onların ya nəşrinin dayandırılmasına, ya da zərərsizləşdirilməsinə nail olunması planlaşdırılır». Mövzu diqqətimizdədir. Bizi izləyin… Geri qayıt |