Əsas Səhifə > Sosial, Manşet > ABUTALIBOVA QARŞI PLAN İŞƏ DÜŞDÜ
ABUTALIBOVA QARŞI PLAN İŞƏ DÜŞDÜ7-12-2011, 12:00 |
MEHDİYEV BAKI MERİNİ DEVİRMƏK İSTƏYİR DİA.AZ: - Bakı meri postu uğrunda illərdən bəri davam edən mübarizə yenidən qızışmaqdadır. Məlumat üçün bildirək ki, müxtəlif zamanlarda müxtəlif qruplaşmalar tərəfindən Hacıbala Abutalıbovu devirmək planları olsa da həmişə son anda birinci şəxsin meri dəstəkləməsi bütün planları alt-üst edib. Amma buna baxmayaraq hakim qruplaşmalar Bakı meri uğrunda mübarizədən də əl çəkməyiblər. Hətta məlumatlara görə, Bakı meri vəzifəsinə hər bir hakim qruplaşmanın özünün namizədi var. Son məlumatlara görə isə Hacıbala Abutalıbovun devrilməsi planına Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyev də qoşulub. Bununla bağlı “Dünya” İnformasiya Agentliyinə (diaaz.space) danışan mənbənin sözlərinə görə, Mehdiyev Bakı meriyasına dövlət büdcəsindən ayrılan vəsaitin hansı istiqamətlərdə və necə xərclənməsini öyrənmək məqsədilə xüsusi komissiya təşkil edib və həmin komissiyanın son rəyi prezidentə yaxın zamanlarda təqdim olunacaq. Mənbə iddia edir ki, həmin rəydə böyük yeyintilərin olduğu öz əksini tapıb və prezidentin bu rəyə necə reaksiya verilməsindən asılı olaraq Hacıbala Abutalıbovun taleyi həll oluna bilər. Bundan başqa Mehdiyev qruplaşması Milli Məclisdə Bakı meri Hacıbala Abutalıbovun əleyhinə kampaniya təşkil etməyə də hazırlaşır. Belə ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin tapşırığı ilə Hacıbala Abutalıbovun əleyhinə mətn hazırlandığı barədə məlumat əldə etmişik. Mənbə israrla iddia edir ki, deputatlara »yuxarıdan» həmin mətni imzalamaq tapşırılıb. Bununla da Hacıbala Abutalıbov haqqında tamamilə mənfi imic yaratmaqla onun gedişi üçün əlverişli zəmin hazırlamağa cəhd olunur. Daxil olan informasiyalara görə, bu ilin sonuna qədər bir qrup deputatın imzası ilə müraciət hazırlanacaq və beləliklə Hacıbala Abutalıbovdan prezident İlham Əliyevə şikayət edəcilək. Artıq bununla bağlı imzatoplama kampaniyasına başlanılıb. Əslində isə deputatların »şikayəti» PA-da hazırlanan həmin mətndir. Əldə etdiyimiz məlumatlara görə, Hacıbala Abutalıbovun »vurulmasın»da təkcə onun ən qatı əleyhdarı olan Ramiz Mehdiyev maraqlı deyil. Merin əleyhinə başlanan kampaniyadan yararlanmaq istəyən başqa məmurlar da var. Bu sırada, xüsusilə nəqliyyat naziri Ziya Məmmədovla, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adını çəkmək olar. Hər iki məmur uzun müddətdir ki, mer postunu ələ keçirməyə can atır. Ziya Məmmədov Hacıbala Abutalıbovun yerinə yaxın adamı, Nəsimi rayonunun icra başçısı Nəsib Məhəməliyevi, Kəmaləddin Heydərov isə Qaradağ rayonunun icra başçısı Süleyman Mikayılovu təyin etdirməyə çalışır. Bu baxımdan Milli Məclisdə Ziya Məmmədovla Kəmaləddin Heydərova yaxınlığı ilə seçilən deputatların da Hacıbala Abutalıbovu asıb-kəsəcəyi gözlənilir. Beləliklə, Hacıbala Abutalıbovun başı üzərindəki »qara buludlar» sıxlaşmaqdadır. Mer isə ətrafında cərəyan edən bu proseslərdən xəbərdar olsa da nədənsə susmağa üstünlük verib. Əslində isə onun bu durumunu anlamaq o qədər də çətin deyil. Ən azından ona görə ki, Abutalıbov yaxşı anlayır ki, Mehdiyevə qarşı hər hansı mübarizə onsuz da lazımı effekti verməyəcək. Odur ki, mer gözləmə mövqeyinə çəkilməyə qərar verib. Geri qayıt |