Əsas Səhifə > Ölkə, Manşet > SUMQAYITDA LİMAN BİZNESİ
SUMQAYITDA LİMAN BİZNESİ4-12-2011, 16:34 |
ELDAR ƏZİZOVLA ARDNŞ PREZİDENTİNİN ORTAQ LAYİHƏSİ DİA.AZ: - Sumqayıt şəhərinin yeni layihələrindən biri də dəniz limanının inşa olunmasıdır. Artıq Avropa standartlarına cavab verən muasir Dənizkənarı Milli park və Dəniz Limanının tikintisinə start verilib. Aparılan abadlıq və quruculuq işlərinin tərkib hissəsi olaraq 100 hektar ərazini əhatə edəcək Parkın tikintisi bir neçə mərhələdən ibarət olacaq ki, burada da əsasən ən böyük layihə olan Dəniz limanının inşa olunmasıdır. Bu barədə “Dünya” İnformasiya Agentliyi redaksiyasını (diaaz.space) məlumatlandıran mötəbər mənbənin sözlərinə görə, liman oliqarx-məmurlardan birinin himayəsi altında tikilsə də, icra başçısı Eldar Əzizov da limana şərikdir. Sumqayıt şəhər İcra hakimiyyətinin Mənzil kommunal-təsərrüfatı istehsalat birliyinin rəisi Abid Əliyevin bu günlərdə mətbuata verdiyi məlumata görə, yaxtaların sahilə yan alması üçün Fransanın Kann şəhərinin layihəsinə uyğun olaraq inşa olunacaq limanın tikintisinə artıq gələn ildən başlanacaq: “Tikintilər mərhələli şəkildə olmaqla əvvəlcə çimərlik, dənizkənarı bulvar və şəhər hissəsi inşa ediləcək. Burada bütün növ kateqoruyalı insanların istirahəti üçündə hərtərəfli şəraitin yaradılması nəzərdə tutulub. Dənzikənarı parka həm gəmilərlə, həm də yeni avtomobil yolunun inşasından sonra maşınlarla gəlmək mümkün olacaq”. Onu da bildirək ki, Bakıda da anoloji inşaat işləri həyata keçirilir. Lakin Bakı limanı birbaşa olaraq “yuxarıların” nəzarəti altındadır. Məlumatlı mənbə bildiri ki, Sumqayıt limanında Eldar Əzizovun əsas şəriki ARDNŞ prezidenti Rövnəq Abdullayevdir. Bu səbəbdən, sumqayıtdan deputat seçilmiş “Azərkimya” Dövlət Konserninin sədri Muxtar Babayev limana sahiblik edəcək: “Lakin limandakı obyektlər Eldar Əzizovla birgə yönləndriləcək və əldə olunan qazanc bölünəcək”. Bununla belə, Parkda analoqu olmayan 5 ulduzlu otellərin, yeni idman meydançalarının tikintisi də nəzərdə tutulub. Bu barədə danışan mənbə bildirir ki, ərazidə otel inşasında maraqlı olan sahibkarlar əlavə haqq verməli olacaqlar. Geri qayıt |