Əsas Səhifə > Siyasət, Manşet > MƏHƏRRƏM ƏLİYEVİN ŞÜBHƏLİ AQİBƏTİ

MƏHƏRRƏM ƏLİYEVİN ŞÜBHƏLİ AQİBƏTİ


26-11-2011, 10:17
MƏHƏRRƏM ƏLİYEVİN ŞÜBHƏLİ AQİBƏTİ

KEÇMİŞ POLİS RƏİSİ İLƏ BAĞLI PLANLAR PREZİDENTİN QƏRARINDAN ASILIDIR

DİA.AZ: - Bir müddət əvvəl yenidən səfir kimi fəaliyyətini davam etdirəcəyi barədə xəbərlər yayılan Bakı şəhər Baş Polis İdarəsinin sabiq rəisi Məhərrəm Əliyevin təkrarən hakim Yeni Azərbaycan Partiyasına üzv ola bilməsi üçün müraciətlər etməsi, onunla bağlı məsələlərin tamam fərqli məcraya yön almasından xəbər vermiş oldu. Elə buna görə də, «Dünya» İnformasiya Agentliyi redaksiyası (diaaz.space) olaraq bu istiqamətdə müəyyən araşdırmalar apardıq və çox ilginc faktlar əldə etdik.

Redaksiyamıza hökumət içindəki qaynaqlardan ötürülən informasiyalardan aydın olur ki, Məhərrəm Əliyev yenə də köhnə rəqibləri tərəfindən sıxışdırılır və rəqibləri nəyin bahasına olursa-olsun sabiq polis rəisini Bakıdan uzaqlaşdırmaq niyyətindədirlər. Hətta onun tezliklə diplomatik missiyasını davam etdirməsi üçün «yuxarılara» müraciətlər də edilir.

Amma hakim komanda içində Məhərrəm Əliyevin müdafiəçiləri də yetərincədir. Bu barədə mənbənin söylədikləri: «Məhərrəm Əliyevin üzərində hal-hazırda çox cidi bir oyun oynanılmaqdadır. Rəqibləri onu təkrar «mədəni sürgün»ə yollamaq niyyətindədirlər. Göründüyü kimi, Məhərrəm Əliyev isə Bakıda qalmaq istəyir və hətta hakim partiyaya dönə bilməsi üçün rəsmi müraciət də ünvanlayıb. Kimin qalib gələcəyi sonranın işidir. Amma fakt budur ki, amansız mübarizə var».

Bu günlərdə Məhərrəm Əliyevin qardaşı deputat Adil Əliyevin bəzi KİV-lərin hədəfinə çevrilməsinin də təsadüfi olmadığını xatırladan mənbəmiz qeyd etdi ki, Məhərrəm Əliyevin Baıda qalma niyyətinə qardaşı vasitəsilə də təzyiqlər edilir: «Adil Əliyevin qara piarın hədəfinə çevrilməsini təsadüflərlə əlaqələndirmək doğru deyil. Adil Əliyevi bu gün bəzi çevrələr müxalifət qüvvələrinin dəstəkçisi kimi təqdim etməyə çlışırlar. Bu ənənəvi priyomdur. Hakim düşərgə təmsilçiləri bir-birilərini hər zaman ya «Qərbin adamıdır» deyib zərərsizləşdirirlər, ya da «müxalifətlə iş birliyindədir» deyərək hədəfə çevirirlər».

Mənbəmizə görə, Məhərrəm Əliyev Bakıda qalacağı təqdirdə ona dəstək verən qüvvələrin sırası da genişlənə bilər: «Hər şey prezidentin qərarından asılıdır və Məhərrəm Əliyevin YAP-a üzv qəbul olunması da bir simvolik xarakter daşımaqdadır. Yəni əgər Məhərrəm Əliyev YAP-a qəbul edilərsə, bu həm də o demək olacaq ki, artıq hakimiyyətin üst düzəyinin keçmiş polis rəisi ilə bağlı planları dəyişib və ona yenidən etimad var. Və bu zaman Məhərrəm Əliyevə hazırda tərəddüd içində olan qüvvələr də dəstək verə bilərlər».

Bu halda hakimiyyətiçi münasibətlərdə yeni çaxnaşmaların və hazırki vəziyyətlə müqayisədə balans pozuqluğunun yaranacağını bildirən mənbəmizə görə, Məhərrəm Əliyev hal-hazırda görəv başında olan məmurların bir çoxundan fərqli olaraq köklüı siyasi fiqurdur və ona yenidən etimad göstərilməsi daha bir iddialı şəxsin iqtidardaxili çəkişmələrə rəng qatacağına işarədir.

Geri qayıt