Əsas Səhifə > Gündəm, Manşet > MEHDİYEV FHN ŞEFİ İLƏ BACARMADI

MEHDİYEV FHN ŞEFİ İLƏ BACARMADI


16-11-2011, 13:16
MEHDİYEV FHN ŞEFİ İLƏ BACARMADI

KƏMALƏDDİN HEYDƏROV DAHA BİR PROBLEMİNİ HƏLL EDİB

DİA.AZ: - Son günlər mətbuatda mövqelərinin zəifləməsi barədə yayılan xəbərlərin ziddinə olaraq Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun daha bir məsələdə üstün mövqeyə keçməsi informasiyasını əldə etmişik. Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasını (diaaz.space) FHN-dəki mötəbər mənbələr məlumatlandırıb.

Redaksiyamızı bilgiləndirən qaynağın sözlərinə görə, Kəmaləddin Heydərovun yaratdığı sistemi təqdir edən prezident İlham Əliyev bu günlərdə təşkil olunan tədbirlərin birində FHN şefini bütün hakimiyyət komandası üzvlərinə örnək kimi nişan verib.

Bu barədə qaynağın söylədikləri: «Tədbir bu həftənin birinci günü baş tutub. Qeyri-rəsmi xarakter daşısa da, əksər nüfuzlu məmurlar iştirak edib. Ölkədəki ictimai-siyasi vəziyyət məsələsi ilə yanaşı, əsas olaraq xalqın narazı kəsiminə yönəlik siyasət müzakirə predmeti olub. Və bu məsələdə FHN-nin yürütdüyü dəst-xətt təqdir olunub».

Mənbə bildirir ki, belə bir etimad münasibəti Kəmaləddin Heydərovun mövqelərinin daha da güclənməsi anlamını daşıyır: «Çünki onunla bağlı bəzi qüvvələr xeyli müddətdir ki, hərəkətə keçiblər. Və hətta son zamanlar gömrük sistemində yaşanan özbaşınalıqlardan yaranan bəzi qüvvələr Kəmaləddin Heydərovu qurşaqdan aşağı vurmaq niyyətində idilər. Amma alınmadı».

Mənbəmiz bildirir ki, konkret olaraq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdyev Kəmaləddin Heydərova qarşı cəbhə açıb: «Ramiz Mehdiyev əslində Kəmaləddin Heydərovu bir güc kimi qəbul etsə də, onu özünə ram etdirməyə müvəffəq olmayıb. Ona görə də Heydərovu prezidentin əli ilə vurmağa dəfələrlə cəhdlər edib».


Geri qayıt