Əsas Səhifə > Gündəm, Manşet > YAP DAXİLİNDƏ GƏRGİNLİK
YAP DAXİLİNDƏ GƏRGİNLİK15-11-2011, 11:47 |
HAKİM PARTİYADA RAFİQ ƏLİYEVƏ MÜNASİBƏT BİRMƏNALI DEYİL DİA.AZ: - Tanınmış elm adamı Rafiq Əliyev bu gün faktiki olaraq Stalin dövrünün repressiyalarına bənzər şəkildə hakimiyyət komandasının basqıları ilə üz-üzə qalıb. YAP hakimiyyətinin süfrələrinin qırıntıları ilə dolanan və nə yazıq ki, «ziyalı» adlanan bir zümrə bu gün Rafiq Əliyevi bir «XALQ DÜŞMƏNİ» kimi təqdim etməyə çalışır. Amma təbii ki, cəmiyyət üçün bu çabalar yersiz və mənasızdır. Hər kəs kimin kim olduğunu yaxşı bilir. Hətta bu gün Rafiq Əliyevin əleyhinə kampaniya təşkil edənlər də yaxşı anlayırlar ki, bu sima Azərbaycanı dünya elm cəmiyyətlərində layiqincə təmsil etməklə yanaşı, Azərbaycanımızın adını ucalara daşıyan bir şəxsiyyətdir. Lakin son günlər YAP hakimiyyəti Rafiq Əliyevi repressiya dönəmlərinə xas şəkildə hədəfə alıb. «Dünya» İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) daxil olan məlumatlardan aydın olur ki, bu günlərdə hakim partiyada da Rafiq Əliyevlə bağlı təlimatlar verilib. Bu barədə mənbənin söylədikləri: «YAP-a aid bir neçə tanınmış elm adamından Rafiq Əliyevin əleyhinə mətbuata çıqlama vermələri tələb olunub. Onların arasında bu təklifdən imtina edənlər də yetərincədir. Hətta çox hörmətli alimlərimizdən biri bir daha belə bir təfliklə üzləşəcəyi təqdirdə YAP sıralarını tərk edəcəyini də bəyan edib». Bildirək ki, redaksiyamıza həmin alimimizin adı məlumdur. Sadəcə olaraq, məlumatı verən qaynaq israrla bu barədə ətraflı bilgi verməməyimizi xahiş etdi və xahişini bu şəkildə əsaslandırdı: «Həmin alimimizin özünə qarşı da təzyiqlər arta bilər. İndiki şəraitdə insanlarımızıqoruya bilmiriksə, onları hədəfə çevirməyimiz də düzgün deyil». Geri qayıt |