Əsas Səhifə > Hadisə, Manşet > OQTAY ŞİRƏLİYEVİ İSTEFAYA GÖNDƏRƏCƏK FAKT

OQTAY ŞİRƏLİYEVİ İSTEFAYA GÖNDƏRƏCƏK FAKT


14-11-2011, 17:07
OQTAY ŞİRƏLİYEVİ İSTEFAYA GÖNDƏRƏCƏK FAKT

AZƏRBAYCANIN STRATEJİ MƏHSULU KİMLƏR TƏRƏFİNDƏN MƏNİMSƏNİLİR?

DİA.AZ: - Səhiyyə Nazirliyi ilə bağlı redaksiyamıza çox ciddi faktlar daxil olub. Söhbət milyonlarla dolların mənimsənilməsindən gedir. Hər halda, bu faktlara möhtərəm Respublika Prokurorluğu Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları diqqət yetirərsə, daha ünasib ola bilər. Beləliklə, keçək faktlara…

«Dünya» İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) səhiyyə nazirliyindəki etibarlı qaynaqlardan sızan informasiyada bildirilir ki, hal-hazırda dərman bazarında çox təlatümlər yaşanır və bu təlatümlərin arxasında duran elən səhiyyə nazirliyinin özüdür.

Bu barədə redaksiyamıza daxil olan informasiyada bildirilir: «Hazırda aptek depoları və dərman satışı firmaları arasında böyük rəqabət gedir. Səhiyyə nazirliyinin ayrı-ayrı işbaz məmurları dövlətin müalicə müssəsisələrinə ayırdığı milyonlarla manat vəsaiti müxtəlif depo və firmaların bank hesablarına köçürərək mənimsəyirlər. Kimsəyə dərman verilmədən, hansısa firmadan dərman alınmadan hesab-fakturalar yazılır və nəticədə milyonlarla vəsait - DÖVLƏTİN PULU məmurların cibinə axır».

Mənbə bildirir ki, hal-hazırda səhiyyə nazirliyi İnnovasiya və Tibb Təchizatı İdarəsinin anbarında böyük mal çatışmamazlığı var: «Halbuki anbarda olmalı olan malların pulları guya ki, ünvanlarına çatdırılıb. Lakin həmin pullar mənimsənilsə də, mallar anbara daxil olmayıb».

Məlumatlı mənbə öz fatlarını sübuta yetirmək üçün konkret misal da çəkir ki, elə bu dəlil, hətta səhiyyə naziri Oqtay Şirəliyevin özünün istefaya göndərilməsi üçün yetərlidir: «İnnovasiya və Tibb Təchizatı anbarında olan 19 kiloqram 500 qramlıq «ilan zəhəri» dərmanı hissə-hissə satılıb və hazırda həmin dərman yoxdur. Bildirək ki, ilan zəhərinin bir qramı 300-500 ABŞ dollarıdır və bu da ümumi məbləğ olaraq 8-9 milyon ABŞ dollarının bir qrup məmur tərəfindən mənimsənilməsi deməkdir».

Mənbə bildirir ki, həmin işbaz məmurlar «ilan zəhəri»nin yerinə tərkibi bilinməyən naməlum məhlullar qoyublar ki, bu yolla istənilən «TƏHLÜKƏLİ YOXLAMA»dan yaxa qurtarmağı düşünürlər: «Həmin tərkibi bilinməyən məhlul da Elmlər Akademiyasının Zoologiya İnstitutuna pay adı altında sənədləşdirilib. Guya ki, dövlətin bu strateji sərvəti həmin ali tədris ocağına peşkəş edilib. Bütün bu işlərə rəhbərlik edən Rüstəm Rüstəmbəyli və Əbülfəz Abdullazadə isə özlərini sığortalamaq üçün müxtəlif formal sənədlər hazırlayıblar ki, həmin sənədlərin saxta olduğunun aşkarlanması ötəri təftişin işidir».

Mənbə bildirir ki, hal-hazırda Zoologiya İnstitutuna verilmiş həmin məhlul tərkibi bilinməyən lazımsız bir vəsaitdir: «Bundan böyük cinayət ola bilərmi? Bu işdə dələduzlara əsas köməyi isə Əczaçılar Birliyi ilə Analitik Ekspertizə Mərkəzi verməkdədir. Sözügedən birliklər təchizat, təminat, keyfiyyətə və qiymətə nəzarət əvəzinə apteklərdən pul yığmaqla məşğuldurlar. Pul verməyən apteklər isə müxtəlif bəhanələrlə hədələnir».

Mənbə bildirir ki, «ilan zəhəri»ni mənimsəyən qrup isə aptekləri MMC-yə çevrilmə tələbi və yaxud da lisenziya tələbi ilə hədələyərək, hər bir obyekt sahibindən 2-3 min manat pul alırlar: «İəkcə Əczaçılar Birliyinin 2010 və 2011-ci illər üzrə apteklərə verilmiş əmrlərini yoxlamaq yetərlidir ki, məsələnin nə yerdə olmasının fərqinə vara biləsən».

Araşdırmalarımız davam edir. Bizi izləyin…

Geri qayıt