Əsas Səhifə > Siyasət, Manşet > XAÇMAZIN BAŞÇISI TOXUNULMAZLIĞINI QORUYUR
XAÇMAZIN BAŞÇISI TOXUNULMAZLIĞINI QORUYUR14-11-2011, 13:55 |
ŞƏMSƏDDİN XANBABAYEVƏ İNDİ DƏ XƏTAİ RAYONU HƏVALƏ EDİLİR DİA.AZ: - Dəfələrlə mətbuatda barəsində ittihamlar səsləndirilən Xaçmaz rayonunun icra başçısı Şəmsəddin Xanbabayevin cəzalandırılacağı barədə məlumatlar yayılsa da, bu xəbər təsdiqini tapmayıb. «Dünya» İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) daxil olan məlumatlardan isə aydın olur ki, icra başçısını nəinki cəzalandırmayacaqlar, hətta ona yeni vəzifə də təklif edilib. Nazirlər Kabinetindəki mötəbər qaynaqlardan sızan informasiyada bildirilir ki, hakimiyyətin çox ciddi çevrələri ilə təmasda olan və onların himayəsi altında olan Xanbabayevə Bakının Xətai rayonunun icra başçısı postu təklif edilib. Xatırladaq ki, hal-hazırda həmin postu Razim Məmədov tutur və onun da adının «qara siyahıya» salındığı bildirilir. Mənbəmizə görə, Şəmsəddin Xanbabayev artıq Xaçmazdan Xətaiyə getmək təklifinə razılıq verib: «Xaçmaza isə nazirlərdən birinin yaxın qohumu başçı göndəriləcək. Artıq bu məsələ də həllini tapıb. Və yaxın günlərdə hər iki qərar elan ediləcək». Razim Məmmədovun aqibətinə gəlincə isə, onun da Sabirabadın keçiş başçısı Heydər Abbsov kimi birdəfəlik olaraq görəvdən alınacağı bildirilir: «Dəyişikliklər gələn ilin yanvar ayına planlaşdırılır. Və həmin ərəfədə daha 3 rayonunun başçısı da birdəfəlik olaraq vəzifələrindən azad ediləcəklər. Yəni onların hansısa digər rayona başçı olaraq transferi nəzərdə tutulmayıb». Geri qayıt |