Əsas Səhifə > Gündəm, Manşet > “KRED-AQRO” DÖVLƏTİMİZİ HƏDƏFƏ ÇEVİRDİ
“KRED-AQRO” DÖVLƏTİMİZİ HƏDƏFƏ ÇEVİRDİ13-11-2011, 13:26 |
BOKT RƏHBƏRİ İŞÇİLƏRİNİN YANINDA NARKOTİK QƏBUL EDİR DİA.AZ: - Nə zamandır «Kred-Aqro» Bank Olmayan Kredit Təşkilatı (BOKT) ilə bağlı yerli mətbuatda məlumatlar yayılmaqda, bu quruma rəhbərlik edən Eldar Cəfərovun qanunsuz şəkildə vətəndaşları taladığını sübuta yetirən faktlar yayılmaqdadır. Amma buna baxmayaraq, hələ də müvafiq dövlət qurumları əslində ABŞ-ın «AcdiVoca» təşkilatının Azərbaycandakı nümayəndəliyi olan bu qurumla bağlı heç bir tədbir görmür. Hətta bu günlərdə haqsız olaraq işlərindən uzaqlaşdırılmış 60-a yaxın işçinin prezidentə və digər ali dövlət qurumlarına etdikləri şikayətlər də diqqətə alınmır. ABŞ bayrağı altında Azərbaycan insanlarının pullarının mənimsənilməsi sanki kimsənn umrunda deyil. Bildirək ki, «Dünya» İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) «Kred-Aqro» BOKT-nin rəhbəri Eldar Cəfərovla bağlı yeni məlumatlar daxil olub. Həmin məlumatda deyilir ki, artıq həmin təşkilatın səhmdarlarından olan EBRD (Avropa Yenidənqurma və İnkişaf Bankı) və İFC(Beynalxalq Maliyyə Korperasiyası) “Kred-Aqro” BOKT-də 3 il ərzində balans arxasına atılmış (silinməyə verilmiş) pulların haqq-hesabını çəkməyə başlayıblar. Bu barədə mötəbər mənbənin söylədikləri: “Çünki təxminən 3.000.000 manatdan çox pul Eldar Cəfərovun yaxın qohumlarının adına Tovuz və Abşeron filiallarında rəsmiləşdirilərək silinmə yolu ilə mənimsənilib. Bu böyük maliyyə firildağını vaxtında Azərbaycanın yerli hüquq-mühafizə orqanları və digər müvafiq dövlət qurumları aşkarlasaydı, indi Azərbaycan Respublikasının imicinə də zərər gəlməzdi”. Mənbə bildirir ki, Eldar Cəfərov 2009-cu ildə müəmmalı şəkildə intihar edən Həsənov Qaşqayın da ölümündə günahkar olsa da, özünün yaxın ətrafına söylədiyinə görə, 200.000 manat rüşvət verəməklə sudan quru çıxmağı bacarıb: “ Eldar Cəfərovun digər ciddi nöqsanı da onun narkotik aludəçisi olmasıdır. “Kred-Aqro” BOKT-nin Quba, Xaçmaz, Masallı, Lənkəran filiallarının rəhbərləri onun bu asıllıqlarını bilmələri səbəbindən işdən müəyyən bəhanələrlə uzaqlaşdırılıblar. Eldar Cəfərov hətta bu tələbatını iş vaxtı işçilərin yanında ödəməkdən belə çəkinmir, çünkü özünün çirkli yollarla qazandığı var-dövlətinə çox güvənir. Ümüd edirik ki, nə vaxtsa cinayatkər öz layiq olduğu cəzasını alacaq”. Geri qayıt |