Əsas Səhifə > Ölkə > FÜZULİ ƏLƏKBƏROVUN BÖYÜK QƏBULU
FÜZULİ ƏLƏKBƏROVUN BÖYÜK QƏBULU12-11-2011, 15:33 |
NAZİR XÜSUSİ ARAŞDIRMALAR HAQQINDA TAPŞIRIQ VERDİ DİA.AZ: - “Fizuli Ələkbərov vətəndaşların haqlı narazılığına səbəb olan hallara yol vermiş yerli qurumların fəaliyyətinin ciddi şəkildə araşdırılması, qanunsuzluq faktının aşkarlandığı təqdirdə hüquq-mühafizə orqanlarına təqdim edilməsini tapşırıb” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əhaliyə xidmət səviyyəsinin yüksəldilməsi, o cümlədən vətəndaş müraciətlərinin onların şəxsən iştirakı ilə obyektiv araşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Nazirlikdən “Dünya” İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) daxil olan məlumata görə, bu istiqamətdə işlərin davamı olaraq, bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazir Fizuli Ələkbərov tərəfindən daha bir qrup vətəndaş qəbul edilərək, onların müraciətləri dinlənilib. Nazirliyin uyğun şöbələrinin mütəxəssisləri tərəfindən şikayət ərizələrinin obyektiv tərzdə araşdırılması zamanı bir sıra vətəndaşların ünvanlı dövlət sosial yardımı, əlillik qruplarının təyinatı və sosial müdafiə işinin digər sahələri ilə bağlı müvafiq qanunvericilik barədə məlumatsız olmaları səbəbindən əsassız olaraq şikayət ərizələri yazdıqları, bununla yanaşı bir sıra haqlı narazılıqların olduğu da müəyyən edilib. Hər bir vətəndaş müraciətində qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun və ədalətli həlli ilə əlaqədar müvafiq strukturlara göstəriş verən nazir Fizuli Ələkbərov vətəndaşların haqlı narazılığına səbəb olan hallara yol vermiş yerli qurumların fəaliyyətinin ciddi şəkildə araşdırılması, hər hansı qanunsuzluq faktının aşkarlandığı təqdirdə bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat təqdim edilməsi, habelə vəzifəsində nöqsanlara yol vermiş əməkdaşlar barədə tədbirlər görülməsi barədə nazirliyin aidiyyati qurumlarına tapşırıq verib. Tapşırığın icrası olaraq, yaxın günlərdən etibarən araşdırmalara başlanacaq. Onu da bildirək ki, cari ilin ötən dövründə Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov ayrı-ayrı bölgələrdə (Oğuz, Şirvan, Göyçay, Şəki, Sabunçu və s.) olaraq, ümumilikdə 50-yə yaxın rayon üzrə vətəndaşları qəbul etmiş, nazirliyin fəaliyyət dairəsinə aid sahələrlə bağlı Azərbaycan Respublikası Prezidentinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinə, Milli Məclisə, Ombudsman Aparatına, həmçinin ayrı-ayrı instansiyalara, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət ərizələri ünvanlamış vətəndaşların müraciəstləri dinlənilmişdir. Qəbul prosesində vətəndaşların şikayət ərizələrində qaldırılan məsələlər yerində və qanunvericiliyin tələblərinə uyğun tərzdə araşdırılıb və əsassız şikayətlərlə yanaşı, vətəndaşlarda haqlı narazılıq yaradan hallara yol verildiyi də müəyyən edilib. Belə hallara yol vermiş strukturların fəaliyyətinin araşdırılmasına qərar verilməklə, onların müvafiq əməkdaşları barədə ciddi intizam tədbirləri həyata keçirilib. Nazir Fizuli Ələkbərov tərəfindən vətəndaşların yaşadıqları bölgədə onların şəxsi iştirakı ilə qəbulu və müraciətlərinin araşdırılması işləri bundan sonra da davam etdiriləcək. Geri qayıt |