Əsas Səhifə > Gündəm, Manşet > «AKKORD»UN ADI QARA SİYAHIDA
«AKKORD»UN ADI QARA SİYAHIDA19-09-2011, 11:12 |
BU TİKİNTİ ŞİRKƏTİNİ DƏ «MUR-AY»IN, «GEN» MMC-NİN AQİBƏTİ GÖZLƏYİR DİA.AZ: - Hər bir tikinti şirkətinin iri ranqlı məmurların nəzarətində olması hamıya bəllidir. İndi artıq hər bir şirkətin kimin himayəsi altında olmasını təkcə işgüzar çevrələr yox, həm də məmtbuatla qətiyyən maraqlanmayan sadə vətəndaşlar da bilir. Çünki son zamanlar mənzil bazarı az-çox inkişaf edib və hansı məmurun harada bina tikdirdiyini və neçəyə satdığı gündəlik söhbətlərin əsas mövzularındandır. Məsələn, fəaliyyətindən bəhs etmək istədiyimiz “Akkord” tikinti şirkətinin də baş prokuror Zakir Qaralovun himayəsi altında olduğu deyilir. «Dünya» İnformasiya Agentliyinə (diaaz.space) daxil olan məlumatda bildirilir ki, şəhərin bir sıra yerlərində göydələnlər inşa edən və “sərfəli şərtlərlə” - kreditlə əhaliyə mənzillər təklif edən “Akkord” son vaxtlar tikinti bazarının əsas oyunçularından birinə çevrilib. “Sərfəli şərtlər” ifadəsini ona görə dırnaqda yazırıq ki, ilk baxışdan sərfəli görünən şərtlər əslində çox ağır şərtlərdir. Məsələn, şirkət bildirir ki, ilkin ödənişsiz və faizsiz hər ay 215 manat ödəməklə 15 il müddətinə təzə mənzilə sahib çıxmaq olar. İlk baxışdan çox sərəflidir. 215 manat elə bir aylıq ev kirayəsinə yaxındır. Bu məntiqlə “Akkord”un binalarından mənzil almaq çox sərəfli görünür. Amma... Amması budur ki, alıcı 1 otaqlı mənzil əldə etmək üçün bir ayda 215, 15 ildə isə 38 min 700 manat və yaxud təxminən 45 min dollar “Akkord”a ödəməlidir. İndi sərəfəli görünür, ya yox? Ancaq bazarda həmin evin nəğd pulla qiyməti 25-30 min dollardan baha deyil. Bu, məsələnin bir tərəfidir. İkinci, 15 ilə 45 min dollara başa gələn ev “padmayak” satılır. Yəni, alıcı normal, ən azı minimal qaydada təmir olunmuş ev yox, quru divarları alır və evin yaşamaq üçün yararlı vəziyyətə gətirmək üçün ən azı 12-15 min dollar xərcləmək lazımdır. Beləliklə, “Akkord”un bir otaqlı mənzili vətəndaşa 60 min dollara başa gəlir. İndi necə, “Akkord”un şərtləri sərfəlidir, ya yox? “Akkord”un binaları sökülə bilər Məsələnin başqa bir tərəfi isə ondan ibarətdir ki, “Akkord”un inşa etdiyi binaların keyfiyyət problemi var və dövlət komissiyası həmin binaları hələ qəbul etməyib. Hətta tikintiyə nəzarət funksiyaları Fövqəladə Hallar Nazirliyinin sərəncamına keçdikdən sonra bu binaların sökülməsi təhlükəsi də var. Yadınızdadırsa, FHN bir müddət əvvəl standartlara cavab verməyən bir sıra tikinti şirkətlərində işlərin dayandırılması barədə qərar qəbul edib. Qurumun başçısı Kəmaləddin Heydərov mətbuatda açıqlamasında bildirmişdi ki, araşdırmalardan sonra həmin binalar məhkəmə qərarları ilə sökülə də bilər. Qara siyahıda “Akkord”un inşa etdiyi binaların adı da var. Ancaq K.Heydərov hələlik yekun qərar verməyib. Bəzi mənbələrin bildirdiyinə görə, fövqəlnazir baş prokurorla münasibətləri korlamamaq üçün radikal addımlar atmaqdan çəkinir. Bəzi versiylara görə isə, Z.Qaralov K.Heydərovun qılıncının altından keçdiyinə görə həmin binalar haqda qərar qeyri-müəyyən müddətə təxirə salınıb. Çünki binaların tikintisində standartlardan kənarlaşmalar o qədər böyükdür ki, FHN bu məsələdə məsuliyyəti öz üzərinə götürmək istəmir. Ona görə də optimal varinat kimi məsələ açıq saxlanılır. “Akkord” tıxac yaradır “Akkord”la bağlı başqa bir məraqlı məqam, nə qədər qəribə görünsə də, yollardakı tıxacla bağlıdır. Öncə onu qeyd edək ki, firma tək bina tikintisi ilə yox, həm də başqa tikintilərə müxtəlif xidmətlər göstərir. Tıxac probleminin dövlət başçısı səviyyəsində müzakirəsindən sonra hərə öz bildiyi kimi problemlərdən çıxış yolu axtarır. Bu istiqamətdə atılan addımlardan belə görünür ki, indi problemi həll etmək adıyla məsələyə hərə öz marağından yanaşır. Məsələn, nəqliyyat naziri Ziya Məmmədov problemin həllini şəhərdəki kiçik tutumlu avtobusların iri tutumlularla əvəzlənməsində və yolların genişləndirilməsində gördü. Məsələ aydındır. Nazir problemdən yaralanaraq, həm yol tikintisinə ayrılacaq vəsaitə nəzarəti ələ götürür, həm də başqalarına məxsus kiçik tutumlu avtobusları sıradan çıxarıb da yerinə özünün nəzarətində olan iri tutumlu maşınları gətirərək milyonları ələ keçirə bilməsi mövqeyindən çıxış etdi. Daxili işlər naziri Ramil Usubov isə problemi yük maşınlarının şəhərdəki hərəkətində görürdü. Bu səbəbdən, Bakı şəhərinin bütün rayon polis idarələrinin rəisləri ərazilərində olan təşkilatlara xəbərdarlıq məktubu göndərərək, tabeçiliyində olan çəkisi 5 tondan artıq maşınları səhər saat 8.00-dan 21.00-dək şəhərin daxilinə buraxmamağı xahiş ediblər. Polis rəisləri məktublarında göstəriblər ki, əgər belə hala rast gəlinsə, o zaman yol polisi əməkdaşları bu barədə müvafiq tədbir görəcəklər. İndi təsəvvür edin, Bakıda bir belə müəssisələrin, göydələnlərin tikintisinin getdiyi vaxtda, günün iş saatlarında iritutumlu maşınların hərəkətinə qadağa qoyulur. Amma qadağalara baxmayaraq, şəhərdəki tıxac problemi də qalır, yük maşınlarının hərəkəti də kifayət qədərdir. Tıxac problemindən yararlanaraq qazanmaq istəyən təkcə Ziya Məmmədov deyilmiş. İndi aydınlaşır ki, tıxacdan xeyir götürənlərdən biri də baş prokuror Zakir Qaralovdur. DİN-nin yük maşınlarının şəhərdəki hərəkətinə qoyduğu qadağalara baxmayaraq, bu gün bəzi məmurlara məxsus nəqliyyat şirkətləri yol polisini “görmədən” də Bakıda problemsiz hərəkət edə bilirlər. Bunun üçün polisin maşının hansı firmaya məxsusluğunu bilməsi kifayətdir. “Akkord”un maşınları Bakıda meydan sulayır Adının çəkilməsini istəməyən mənbə bildirir ki, baş prokurorun bacısı oğlunun rəhbərlik etdiyi “Akkord” bir neçə şirkətdən biridir ki, onlara məxsus maşınlar hərəkətin qadağan olunduğu vaxtlarda da şəhərdə rahat şəkildə hərəkət edə bilirlər. Məhz bu səbəbdən, Bakıda göydələn tikintisilə məşğul olan şəxslərin əksəriyyəti “Akkord”un xidmətindən istifadə etməyə üstünlük verir. Onun da qeyd edək ki, bu şirkət nəqliyyat xidməti göstərməklə yanaşı, həm də tikintilərə hazır beton satır. “Akkord” həm də Balaxanıda beton istehsalı ilə məşğuldur. Mənbə onu da bildirdi ki, “Akkord”un sərəncamında 200-dən artıq “Kamaz” markalı yük maşınları, tikinti işçiləri arasında “Pompa” kimi tanınan hündür mərtəbələrə beton vuran və 100-dək beton daşıyan maşınları var ki, bunlar da bütün günü maneəsiz şəkildə göydələnlərə xidmət göstərməklə məşğuldur. İmperiya işğal altındadır Yəni «Akkord» böyük bir imperiyadır və bu imperiya qüdrətini baş prokuror Zakir Qaralovdan alır. Amma son bilgilərdə bu imperiyanın da çöküş ərəfəsində olduğu söylənilir. Çünki imperiya-imperiya oyununda vacib şərtlərdən biri də İŞĞALDIR. Qaralovun imperiyasının isə son zamanlar inşaat sektorunda at oynadan fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən işğal edildiyi bildirilir. Məlumatlara görə, Kəmaləddin Heydərov hətta ona müqavimət göstərən «Akkord» rəhbərliyini üzümüzə gələn il üçün inşaat izninin verilməməsi ilə də hədələyib. Yəni «Akkord» inşaat sektorunda FHN şefinin diqtəsinə ayaq uydurmayacağı təqdirdə hətta ölkə ərazisində tikinti işi ilə məşğul olması da yasaqlana bilər. Bu isə «Akkord»un birdəfəlik iflası deməkdir. Hələlik Zakir Qaralovun bu hücumları hansı şəkildə dəf edəcəyi isə məlum deyil. Geri qayıt |