Əsas Səhifə > Siyasət, Manşet > TƏHSİL NAZİRİ «VİDA MƏRASİMİ» VERİB?

TƏHSİL NAZİRİ «VİDA MƏRASİMİ» VERİB?


19-09-2011, 11:08
TƏHSİL NAZİRİ «VİDA MƏRASİMİ» VERİB?

MİSİR MƏRDANOV ƏLİ İNSANOVDAN DANIŞIB VƏ KÖVRƏLİB

DİA.AZ: - Son günlər gərgin anlarını yaşayan təhsil naziri Misir Mərdanov digər tərəfdən də peşmançılıq hissi keçirir. Bu barədə məlumatı redaksiyamıza təhsil nazirliyindəki qaynaqlar öütürüb.

Mənbənin söylədiklərindən belə məlum olur ki, artıq günlərin birində və özü də çox yaxın günlərdə vəzifəsini itirəcəyini göz önünə alan Misir Mərdanov ciddi şəkildə duyğusallığa qapılıb: «Dünənə qədər emosiyalara yox, reallığın diqtəsinə boyun əyən Misir Mərdanovdan əsər-əlamət qalmayıb».

Qeyd edək ki, əslində burada yetərincə həqiqət payı var. Belə ki, təhsil naziri bir neçə gün əvvəl mətbuat qarşısına çıxaraq çox ciddi bəyanatlar verdi. Və hətta ilk dəfə olaraq özünün də istefasının mümkünlüyündən danışdı. Yəni ilk dəfə idi ki, hazırki hakimiyyətə aid hansısa yüksək ranqlı çinovnik özünün istefaya gedə biləcəyindən danışır və bunu cəmiyyətin də normal qəbul etməsini tələb edirdi.

Beləcə yetərincə duyğusallaşan Misiri Mərdanovla bağlı «Dünya» İnformasiya Agentliyinə (diaaz.space) ötürülən məlumatda deyilir ki, yola saldığımız bazar gününü təhsil naziri yaxınları ilə birgə bağ evində keçirib və hətta dostlarından bəzilərinin də iştirakı ilə bağ evində ziyafət də təşkil edib.

Həmin ziyafətdə iştirak edən Qərbi Azərbaycan bölgəsi mənsublarından birinin söylədikləri: «Sanki bir vida mərasimi idi. Özünü şən göstərməyə çalışan Misir müəllim əslində xeyli kövrəldi. Gah qonaqlara kabab çəkdi, gah nəvələrinə öz əli ilə kabab yedirtdi, gah da çoxlu sayda səhvlərinin olduğunu bildirərək yaxınlarına onun həyatından dərs çıxarmağı, onun yanlışlarını təkrarlamamağı bildirdi».

Ziyafət iştirakçısının sözlərindən məlum olur ki, daha sonra Misir Mərdanov 13 saylı cəzaçəkmə müəssisənidə tutuqlu saxlanılan keçmiş səhiyyə naziri Əli İnsanov barəsində də danışmağa başlayıb: «Misir Mərdanovu ilk dəfə idi ki, belə görürdüm. Əli İnsanovdan danışdı və sonra gözləri doldu. Dedi ki, Əli İnsanov cüzi yanlışının qurbanı olub. Və əgər həmin anı geri qaytarsaydılar, o, tamam fərqli davranardı».

Mənbəmiz Misir Mərdanovun «tamam fərqli davranardım» fikrinin ardında hansı məntiqin dayandığını izahlaya bilməsə də, yalnız bunları söylədi: «Artıq Misir Mərdanov vəzifənin əbədi olmadığını və hər şey demək olmadığını anlamış durumdadır. Və çox güman o, bir zamanlar məhz vəzifədə qala bilməsi üçün Əli İnsanova etdiyi xəyanətindən peşmançlıq hissi keçirir».

Geri qayıt