Əsas Səhifə > Gündəm, Manşet > ANTİKORRUPSİYA ŞOUSU DAVAM EDƏCƏK
ANTİKORRUPSİYA ŞOUSU DAVAM EDƏCƏK10-11-2011, 12:35 |
GÖRÜNTÜ NAMİNƏ NAZİRLƏRDƏN BİRİNƏ QULAQBURMASI VERİLƏCƏK DİA.AZ: - Son günlər korrupsiya ilə mübarizə səngisə də, amma rəsmi Bakı bu yöndəki fəaliyyətini davam etdirmək zorundadır. Redaksiyamıza Nazirlər Kabinetindəki qaynaqlardan ötürülən informasiyada qeyd olunur ki, gələn həftə Dünya Bankının nüfuzlu simalarından birinin və eləcə də onunla bərabər 4 nəfərlik ekspert qrupunun Bakıya səfəri planlaşdırılır. Mənbənin «Dünya» İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) bildirdiklərindən belə aydın olur ki, səfərdə məqsəd rəsmi Bakının korrupsiya ilə mübarizə prosesində fəaliyyətinin dəyərləndirilməsidir. Qeyd edək ki, keçən ilin sonlarına yaxın Azərbaycan dövləti ilə Dünya Bankı arasında əldə olunan anlaşmaya görə, dövlət strukturlarında korrupsiya və rüşvət hallarına qarşı mübarizə məqsədilə Azərbaycana 1 milyard ABŞ dolları həcmində yardım ayrılıb. İndi isə həmin vəsaitin hansı formada xərcləndiyi araşdırılır. Bu barədə DİA.AZ-ı bilgiləndirən qaynaq iddia edir ki, götürülən öhdəliklər içində əsas olaraq səhiyyə, gömrük, təhsil və vergi sistemində ciddi islahatların aparılması və eləcə də adı korrupsiyada hallandırılan bir sıra məmurların istefaya göndərilməsi, onların bəzilərinin isə cəzalandırılması yer alsa da, rəsmi Bakı bu yöndə heç bir ciddi addımı ilə diqqətə gəlməyib. İndi isə hesabat anının yetişdiyini iddia edən qaynaq, Azərbaycan hakimiyyətinin bir illik fəaliyyətinin təftiş olunacağı səbəbindən qısa müddət içində çox ciddi təlatmlərin yaşana biləcəyini də istisna etmədi: «Təbii ki, Dünya Bankı ekspertlərinin səfəri ərəfəsində kimlərsə güdaza verilə bilər. Hətta qurbanlıqlar arasında formalitə üçün dişsiz nazirlərdən birinin də yer alması istisna deyil». Könül CƏLİLOVA -DİA.AZ Geri qayıt |