Əsas Səhifə > Gündəm, Manşet > BAYILDA QİYAMƏT ƏLAMƏTİ

BAYILDA QİYAMƏT ƏLAMƏTİ


10-11-2011, 11:39
BAYILDA QİYAMƏT ƏLAMƏTİ

ÇİLƏDƏN ÇIXAN SAKİNLƏR PREZİDENT ADMİNİSTRASİYASINA YÜRÜYÜR

DİA.AZ: - Uzun müddətdir ki, Bayıl sakinlərinin əsəbləri tam olaraq tarıma çəkilib. Dəfələrlə etiraz etmələrinə baxmayaraq, hələ də rəsmi dairələr artıq başdan-başa şantiyeyə çevrilmiş Bayılın 35 minlik əhalisini dinləmək niyyətində deyillər. Bu isə narazılıqlara səbəb olan özbaşına mühitin daha da pardaxlanmasını stimullaşdırır.

Qeyd edək ki, «Avroviziya-2012» hazırlıqları və Milli Parkın genişləndirilməsi səbəbindən bu gün Bayıl qəsəbəsində onlarla bina və yüzlərlə ev plana düşüb. Bu səbəbdən qəsəbə ərazisi tam olaraq tikinti meydançasına çevrilib. Sistemsiz şəildə həyata keçirilən inşaat işləri isə son nəticədə Bayıl sakinlərini çilədən çıarıb.

«Dünya» İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) şikayət edən bir qrup sakinin sözlərinə görə, bu gün səhər saatlarından Bayıl ərazisinə həm suyun və həm də elektrikin verilməsi dayandırılıb: «Belə də özbaşınalıq olar? Biz nə etməliyik? Özləri üçün saraylar tikirlər, əcəb edirlər. Amma biz də insanıq axı? Bizim yaşamaq haqqımız yoxdur?»

Sakinlər bildirir ki, ya birdəfəlik Bayılın bütün əhalisi köçürülməlidir, ya da bu pərakəndəliyə son qoyulmalıdır: «Hər gün toz-torpaq içində nəfəs alırıq. İndi də işığımızı, suyumuzu kəsiblər. Körpə uşağı olan evlər var. Bu özbaşınalığa kim cavab verəcək?»

Sakinlər onu da söylədilər ki, artıq prezident administrasiyasına yürüş etməyə hazırlaşırlar. Bizi izləyin…


Geri qayıt