Əsas Səhifə > Gündəm, Manşet > TƏHSİL NAZİRLİYİNDƏ NÜFUZ DAVASI
TƏHSİL NAZİRLİYİNDƏ NÜFUZ DAVASI4-11-2011, 11:45 |
QULU NOVRUZOV MİSİR MƏRDANOV DAHA BİR SƏLAHİYYƏTİƏNİ ƏLİNDƏN ALDI DİA.AZ: - Dünən Təhsil Nazirliyinin kollegiyasının tərkibinə Nazirlər Kabineti tərəfində rəsmən təsdiqlənən, Misir Mərdanovun yeni müavini Qulu Novruzov TN-dəki mövqelərini günbəgün daha da möhkəmləndirməkdədir. Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) ötürülən məlumatda qeyd olunur ki, Qulu Novruzov artıq öz nazirini tam olaraq səlahiyyətsiz buraxmaq üzərədir. Bildirək ki, bəzi qaynaqlar bu gün Qulu Novruzovun TN-də əsas fiqur olduğunu və nazirliyin onun nəzarəti altında fəaliyyət göstərdiyini idda edirlər. Eyni qaynaqdan DİA.AZ-a ötürülən məlumatda vurğulanır ki, üç nazir müavininin görəvdən alınmasının ardından vəzifəyə gətirilən Qulu Novruzov Misir Mərdanovun əslində «görüntüdə olan nazir» imicinin təsdiqlənməsi üçün bu günlərdə daha bir addım atıb. Bu barədə mötəbər qaynağın söylədikləri: «Məlum olduğu kimi, TN-də Bakı və əyalət məktəblərinin kuratorluğu bölünüb. Əyalət məktəblərinə TN-nin nazir müavinləri nəzarət etsə də, Bakı məktəbləri dünənə qədər Misir Mərdanovun kurasiyasında idi. Artıq bu dönəm də başa çatmı hesab oluna bilər». Mənbə iddia edir ki, Qulu Novruzov Misir Mərdanovun bu qeyri-rəsmi statusunu da əlindən alıb: «İki gündür ki, TN-də Bakı məktəblərinin kurasiyası Qulu Novruzovun nəzarətindədir». Mənbəmiz bunu həm də Mərdanova olan «yuxarıların» etimadsızlığı ilə də əlaqələndirir. Çünki hər şey «yuxarıların» iradəsi ilə baş tutub və Bakı məktəblərindəki durumun acınacaqlı olması da Mərdanovun proseslərdən kənarlaşdırılmasını labüd edib. Onu da xatırladaq ki, bir neçə il əvvəl ANS kanalının»Təmiz Söhbət» verilişinin qonağı olan Misir Mərdanov aparıcı Mirşahinin «filan məktəbin direktorunu nədən işdən çıxardınız» sualına təxminən belə bir cavab vermişdi: «Mənim bir məktəb direktorunu işdən çıxarmağa haqqım çatmır?» Yəni nazir o zaman hüquqdan yox, haqqdan danışmışdı. Son dəyişikliklərdən sonra isə məlum olur ki, artıq Mərdanovun hüququnun çatmadığı kimi, haqqı da yoxdur ki, bir orta məktəb direktoruna güldən ağır söz deyə bilsin. Geri qayıt |