Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Manşet, Sosial > Ceyhun Cəlilov NİYƏ QAPI-QAPI DÜŞÜB AXI...
Ceyhun Cəlilov NİYƏ QAPI-QAPI DÜŞÜB AXI...Bu gün, 11:21 |
![]() " "Canişin" əfəndi (Prezidentin Naxçıvandakı xüsusi nümyaəndəsi Fuad Nəcəfli nəzərdə tutulur -red.) bir həftəlik "danlaq məzuniyyəti"ndən qayıdıb. Naxçıvandakı mənbələrimizin bildirdiyinə görə, 1 həftəlik “istirahət”dən sonra “canişin” əfəndi dünən, axır ki, işə gəlib..." "DİA-AZ" xəbər verir ki, bu paylaşımla tanınmış jurnalist Heydər Oğuz çıxış edərək olduqca ilginc iddialar səslənidirib. Həmin açıqlamanı təqdim edirik: "İddia olunur ki, onun ərşə çəkilməsi “danlaq məzuniyyətinə” çıxması ilə əlaqədar imiş. Daha aydın dillə desək, Naxçıvanda yeni təyin olunmuş İqtisadiyyat naziri qalmaqalı ictimailəşəndən sonra “canişin” əfəndi təcili paytaxta çağırılıb və bərk danlanılıb. Danlaq payını alandan sonra isə yenidən Naxçıvana qayıdıb. “Danlaq məzuniyyəti”nin bu dəfə xeyli uzun çəkməsi “canişin”in artıq paytaxtı zinhara gətirdiyindən xəbər verir. Qeyd edək ki, bu ayın ilk günlərində Naxçıvan MR-in İqtisadiyyat naziri postuna Kazım Hüseynəliyev adlı birisi gətirilmişdi. Bu barədə sərəncam Naxçıvanın bütün rəsmi media orqanlarında dərc olunsa da, bir neçə saat ərzində həmin məlumatlar silinmiş, bu da jurnalistlərin diqqətini cəlb etmişdi. Maraqlıdır ki, bu müəmmalı hadisədən sonra Naxçıvan Ali Məclisinin növbəti sərəncamı yayımlanmışdı. Yeni sərəncamla Kazım Hüseynəliyev bir daha Muxtar Respublikanın İqtisadiyyat naziri təyin olunmuşdu. Qısası, 2 gündə bir adam eyni posta iki dəfə təyinat almışdı. Görünür, bu qeyri-adi və hakimiyyət ənənələri ilə üst-üstə düşməyən təyinatlar Azərbaycanın müvafiq dairələrini “canişin”i çağırıb 1 həftəlik “danlaq” mərasimi keçirməyə vadar etmişdir. Mənbəmiz müəmmalı təyinatların pərdə arxasının yeni detalları barədə də danışıb. İddiaya görə, əslində “canişin” əfəndinin son danlaq payının əsl səbəbkarı Naxçıvanın Baş naziri Ceyhun Cəlilov imiş. Sən demə, muxtar Baş nazirin başqa namizədi olduğundan Kazım Hüseynəliyevin təyinatına isti baxmayıb və “canişin” həzrətlərinin saqqızını oğurlayaraq ona Ali Məclisin sözügedən sərəncamını rəsmi media orqanlarından sildirtdirib. Nəticədə binəva “canişin” əfəndi Bakıya çağırılıb və rəhbərliyin iradına məruz qalıb. Bakıda ona “Naxçıvanın sahibi sənsən, yoxsa Ceyhun Cəlilov” deyə sual veriblər. “Canişin” əfəndi isə suala gözünü döyməklə cavab verib. Bir sözlə, qəhrəmanımız 1 həftə ərzində Bakıda gözünü döyə-döyə qalıb. Mənbəmizin iddiasına görə, “canişin”in saqqızını oğurlamağı bacaran muxtar Baş nazirin İqtisadiyyat naziri postuna namizədi Naxçıvan MR Nazirlər Kabinetinin Aparat rəhbəri Sahir Rüstəmov imiş. “Canişin”in uğursuz 1 həftəlik Bakı səfərindən sonra Sahir Rüstəmovun bu arzusu gözündə qalıb. Digər bir məlumata görə, “canişin” 1 həftəlik danlaq mərasimindən qayıtdıqdan sonra Baş nazir Ceyhun Cəlilovun qarşısına Azərbaycanın media orqanlarından müəmmalı təyinatla bağlı məlumatları sildirmək vəzifəsi qoyulub. Ceyhun Cəlilov indi adamlarını qapı-qapı salıb öz ana vəzifəsini - məlumatları media orqanlarından sildirməklə məşğuldur..." Geri qayıt |