Əsas Səhifə > Manşet, Siyasət > Neft işində çalışanların HEÇ DƏ HAMISI XOŞBƏXT DEYİL...
Neft işində çalışanların HEÇ DƏ HAMISI XOŞBƏXT DEYİL...19-02-2025, 08:21 |
![]() Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı əyalətdə yaşayan neft işçilərinin üzlşdikləri probelmləri əks etdirən bir məqalə paylaşıb. "DİA-AZ" bildirir ki, həmin məqalənin müəllifi olan neft çalışanı məqaləsində deyir (olduğu kimi təqdim edirik -red.): "2 gündür küləkli hava şəraitinə görə növbə dəyişimi alınmır. Bunu başa düşürük. Bu gün səhərdən bizi yığıblar şəhər ətrafına. Guya səhər saat 10da minik başlayacaq Zəfər gəmisinə, 11də çıxış olacaq. Dünən gecə saat 2dən çıxmışam rayondan, səhər tezdən saat 9da artıq şəhərdə idim. Saat 9-10 radələrində sahəmizin məsul işçiləri tərəfindən mənə zəng gəldi ki, hələ minik başlanılmır gəmiyə, gözləməliyik ki, hava düzəlsin. Nə isə, gözləyək dedim. Saat 12də artıq gəminin axşam olacağı, yəni saat 17dən sonra olacağını dedilər. Yenə də nə isə, gözləyərəm. Düzdür, bayırda gözləməyim və gəzməyim səhhətimlə əlaqədar məni narahat edir. Əgər bu günə gəmi olmayacağını əvvəldən desəydilər, mən gedib bir hoteldə qalardım, gecəni yola verərdim, və ya heç rayondan çıxmazdım, bu gün çıxıb gələrdim, gəmiyə minərdim. Nə isə, uzun sözün qısası. Biraz üstündən keçdi, saat 15 radələrində mənə xəbər gəldi ki, bəs minik gecə saat 12də başlayacaq. Niyə məhz gecə 12də? Bunu səhər saatlarına salmaq olmazmı? Onsuzda gecə12 dən sonra yeni gün başlayır. Bunu ya gecə 12də dəyiş, ya səhər saatlarında dəyiş, nə fərqi var? Onsuzda gün itdi getdi. Yəqin yuxarıdan gələn "əmr" çox "möhkəm" olub. Miniyin gecə 12də başlaması otelə verilən pulu da batırır. Bir var gedib gecəni qalasan pul verəsən, bir də var gecə saat 11də çıxasan, amma yenə pul verəsən. Onsuzda növbənin uzanmağı tək işçilərə yox, həm də şirkətə də ziyandır. Çünki qıraqda qalana quru pulunu verir, dənizdə qalana isə, bayram pulu kimi 2 qat ödənişi edilir. ✅ Mənim bir məsləhətim var ki, qrafik sürüşkən olsun. Yəni bu ay sən çox qalmısansa, gələn ay mən çox qalım. Ya da başqa misal. NQTT-dən bizdə işləyənlər var idi, onlarda ölü qrafik var idi. Qıraqda ya dənizdə qalmasından asılı olmayaraq, işçi bir maaşı alırdı. Ona görə də bəzən elə edirdilər ki, növbəni tez dəyişirdilər, yəni keçən ayı konpensasiya etsinlər. Bu vaxt heç kimdə narazıçılıq olmurdu. 90cı illərin sonu, 2000ci illərin əvvəlində belə idi. Hamı, günündən asılı olmayaraq, eyni maaşı alırdı. ✅Keçək digər mövzuya. Bir ara hay-küy düşdü ki, guya M.Maqomayev(ya R.Behbudov) gəmisi ilə növbə dəyişimi olacaq. Bunun üçün Neft Daşlarında iclas keçirildi, gəminin təhlükəsiz yan alması üçün yeni konstruksiyaların alınması və ya düzəldilməsi üçün planlar quruldu, pullar ayrıldı(milyon manatlar), məsul şəxslər təyin edildi. Ammaa.... Heç kim demədi ki, bu gəmi yan alan zaman, onun "AMPELMANN" tipli kranında işçilərin əllərində yük daşınması QADAĞANDIR. Gəminin təhlükəsizlik siyasəti buna icazə vermir. Əgər sosial şəbəkələrdə bu tipli gəmilərin özüllərə yan alması videolarını izləsəz görərsiz ki, hər bir özülün öz "HAK" kranı var. 1ci növbədə bu kran vasitəsi ilə işçilərin yükləri boşaldılır, ondan sonra gəmi öz kranı vasitəsi ilə özül ilə əlaqələndirilir və işçilər sərbəst şəkildə həmin trap vasitəsi ilə növbəni dəyişirlər. ✅Qayıdaq Neft Daşlarına, İdarənin rəhbər işçiləri bu problemin artıq həll olunduğunu qeyd etdilər, yəni gəmi ilə danışılıb və razılıq alındığını dedilər və işlər başladı. Yuxarıda dediyimiz kimi, ayrılan pullarla həmin konstruksiyalar 1 il ərzində, demək olar ki, bütün özüllərə quraşdırıldı. Hətta küləyin istiqamətindən asılı olaraq özülün əks tərəflərində 2 ədəd konstruksiyalar qoşuldu. Onu qoşmaq üçün saatlarla kran gəmiləri özülə yan alıb işi apardılar. Bunun özü də bir xərcdir(gəminin saatlıq xərci). Nə isə, bu yaxınlarda məlum oldu ki, gəmi razı olmayıb növbə dəyişimini yerinə yetirməyə. Çünki hər özülə, yükləri boşaltmaq üçün kran lazımdır. O isə 3-4 yeni özüldə var, qalanlarında yoxdur. Bu dəqiqə həmin əziyyət və xərclə düzələn konstruksiyalar, dəniz havasının və nəmişliyin ucbatından paslana paslana qalıblar. Bu qədər pul və əziyyət boşuna getdi. Bu məqaləni sizə yazmağımda məqsəd budur ki, heç kim öz xoşu ilə dənizdə çalışmağa getmir. Hamının borcu və xərci var. Hamı bir tikə çörək ucbatından dənizə üz tutub. Onsuzda maaşları qaldırmırlar, heç olmasa işə gedib gəlməyimizi təmin etsinlər. P.s: məndə olan məlumata görə bu saatlarda artıq MPK gəmisi dənizə çıxıb və işləyir. Bizi aparıb elə indi də dəyişə bilərlər..." Geri qayıt |