Əsas Səhifə > Manşet, Ölkə > AZNEFT rəhbəri bu məsələdə mövqe ortaya qoymazsa...

AZNEFT rəhbəri bu məsələdə mövqe ortaya qoymazsa...


Dünən, 10:19
AZNEFT rəhbəri bu məsələdə mövqe ortaya qoymazsa...
"Sizin də Siyəzən şəhər sakini olduğunuzu əsas alıb qeyd edim ki, Siyəzəm şəhər sakinlərinin əksər hissəsi öz ailələrini "Siyəzənnfet" NQÇİ-də işləməklə təmin ediblər və bu indi də belədir". "DİA-AZ" xəbər verir ki, bu sözlər "Azneft" İstehsalat Birliyinin rəhbəri Əli Qurbanova "Siyəzənnfet" NQÇİ-də çalışan Zamiq Əliyev tərəfindən ünvanlanan müraciətdə yer alıb.
Həmin müraciəti müəyyən ixtisarla diqqətinizə təqdim edirik:
"Məlum olduğu kimi "Siyəzənnfet" NQÇİ -nin yatağı demək olar ki 1900 hektardan daha böyükdür və düşünürəm ki bu quru sahəsində bəlkə də ən böyük NQÇİ -dir. Bundan əlavə də "Siyəzənnfet" NQÇİ -dən hasil olunan neft başqa quru NQÇİ -lərdə hasil ounan neftdən daha keyfiyyətli hesab olunur. Siyəzən monokilinalı öz mürəkkəb geoloji quruluşuna görə başqa yataqlardan çox fərqlidir. Bildiyim qədərilə dünya üzrə bu tipli yataqlara nadir hallarda ras gəlinir ki o da bizim Siyəzən şəhərinin payına düşüb.
Bütün bunları qeyd etməkdəki məqsədim odur ki əmək haqqı aldığımız NQÇİ -nin inkişaf etdirilməsi,irəliyə çəkilməsi,hasilatın artırılması istiqamətində Sizin Siyəzən rayon sakini və "Azneft" İB nin rəhbəri kimi dəstəyinizə ehtiyacımız vardır. Qeyd etmək istəyirəm ki "Siyəzənnfet" NQÇİ -nin həm ölkə iqtisadiyyatına həm də bizdən sonrakı nəsillərə bundan sonra da faydası və qatqısı olması üçün məhz Sizin dəstək və təşəbbüsünüzə ehtiyacımız vardır ki ata və babalarımızın zəhməti olan bu NQÇİ -ni qoruyub saxlaya bilək.
Onu da qeyd edim ki mənim üçün ölkəmizin bütün bölgələri dəyərlidir çünkü biz bu torpaq üçün şəhid vermişik, lakin başqa bir bölgədən bizim əraziyə rəhbər təyin olunub sonra da "Siyəzəneft"in əleyhinə qərarlar verməsi və bu qərarlara da bəzi “sapı bizdən olan baltalrın “xeyir-dua verməsi yolverilməzdir və düşünürəm ki Siz bu halın qarşısının alınması üçün məsələyə ciddi yanaşaqcaq və birmənalı mövqe ortaya qoyacaqsınız..."

Geri qayıt