Əsas Səhifə > Manşet, Hadisə > "İlin günün bu vaxtı işçini ixtisar edərlər?"
"İlin günün bu vaxtı işçini ixtisar edərlər?"Dünən, 09:31 |
"SOCAR Neft Daşlari NQÇİ-də yeni açılan 1646 saylı meydançaya 5-ci dərəcəli neft-qaz çıxarma operatoru vakansiyasına elan verilsə də, portal yenə işləmir ki, işçilər oradan qeydiyyatdan keçsinlər". "DİA-AZ" xatırladır ki, dünən bu açıqlama ilə çızış edən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı "Şirkətdə vakant yer elan olunur, ardınca portal bağlı olur... Niyə? Burada məqsəd nədir?" deyə sual edərək aidiyyatı qurum və şəxslərdən izahat da tələb etmişdi. Qeyd edək ki, bu məsələ sosial şəbəkələrdə də geniş şəkildə müzakirə olunub. "DİA-AZ" olaraq ayrı-ayrı rəyləri diqqətinizə təqdim edirik... ✅ Melahet Huseynova: SOCAR öz işçilərini ixtisara salır.Hansı vakant yerlərdən söhbət gedir?Təbii ki,belə də olacaq.Sözümüzü kimə deyək bəlli deyil.SOCAR-a müraciət edirsən göndərir rəhbərliyin üstünə. Guya ki,rəhbərliyin nə deyəcəyini bilmirik. İlin günün bu vaxtı da işçini ixtisar edərlər? Düşünən yoxdu ki, bu insan necə yaşamalıdır? Yazıqlar olsun bizə... Niyə bu qədər düşmən kəsilmişik bir-birimizə? ✅ Ramin Memmedov: Orda ixtisar var hələ yekunlaşdıra bilmirlər, hələ fikirləşirlər. İşə girmək də çox çətin. O qədər şiddətli töhmətlər verirlər ki, işləməyə dəymir... Çox müəmmalı vəziyyət şikayət edənlər haqqın tələb edənlər qara siyahıya düşür sanki, siz orda qəbula düşsəniz... çox şey dəyişər sadəcə qəbula düşməyini istəmirlər. ✅ Elcin Bayramov Yazılacaq çox söz var hər şeyin vaxtı vədəsi var.... ✅ Əsgər Quliyev; Vallah hələ əmək haqqı cədvəlini görmək üçün yenədə dayday lazımdı. Portal heç bir halda işləmir maaşını bilmək üçün belə ekstrasens, baxıcı axtarmaq lazımdır. İdarədən heç kəs maaş cədvəlini sənə vermək istəmir. Çünki o qədər oğurluqlar edirlər ki sən maaşını bilməməlisən deyə... ✅ Elçin Qocayev: Ali tehsilli Neftçi olarağ bizede marağlidi ki, vakansiya açilan kimi ya portala girmey mumkun olmur yadaki tez bazar bagliyirlar niye? ✅ Yusif Hajiyev: Boş şeydi... üzüme demişdiler get adam tap daydaylıq elesin vezifen qalxsın... Məsələ diqqətimizdədir... Geri qayıt |