Əsas Səhifə > Manşet, Siyasət > Nərimanovda yenə də süpürgəçi maaşları QAYÇILANIR...

Nərimanovda yenə də süpürgəçi maaşları QAYÇILANIR...


Dünən, 09:05
Nərimanovda yenə də süpürgəçi maaşları QAYÇILANIR...
Bakının Nərimanov Rayon İcra Hakimiyyətinin adı növbəti dəfə qalmaqalda hallanır. "DİA-AZ" xatırladır ki, bir müddət əvvəl sözügedən RİH-in göstərişi ilə rayona aid Mənzil İstismar sahələrində çalışan süpürgəçilərin və DOST xətti ilə işə cəlb olunmuş digər sıravi işçilərin əməkhaqqılarından ucdantutma 100 manat pulun kəsildiyi haqda informasiyalar yayılmışdı.

Qeyd edək ki, bu fakt təsdiqini tapdı və nəhayətdə Nərimanovun icra başçısı postunu tutan Elgin Həbibullayev geri çəkilməli oldu, işçilərin əməkhaqqısına müdaxilənin qarşısı alındı.

İndi yenə də anoloji hal qeydə alınıb. Bildirək ki, son günlər əksər dövlət qurumlarında maaş problemi yaranıb və hətta bəzi dövlət qurumlarında ödəniş məsələsi ciddi problemə çevirlib.

Deyəsən bu hal Nərimanov RİH-dən də yan ötməyib və bildirilənə görə yenə də sıravi xadimə və süpürgəçilərin maaşları rəhbərlik tərəfindən qayçılanıb.

"DİA-AZ" xəbər verir ki, bu barədə paylaşım edən jurnalist Sima Babayeva hər süpürgəçinin maaşından 100 manat kəsildiyini iddia edən açıqlama ilə çıxış edib.

Geri qayıt