Əsas Səhifə > Manşet, Cəmiyyət > YÜNGÜL ÇƏKİ(C)Lİ MƏHKƏMƏLƏRİMİZ...

YÜNGÜL ÇƏKİ(C)Lİ MƏHKƏMƏLƏRİMİZ...


Dünən, 11:48
YÜNGÜL ÇƏKİ(C)Lİ MƏHKƏMƏLƏRİMİZ...
Ali Məhkəmə Plenumu: “ƏLAVƏ QƏTNAMƏ ÇIXARILMASINDAN İMTİNA OLUNMASI şəxsi EYNİ TƏLƏBLƏ MƏHKƏMƏYƏ MÜRACİƏT HÜQUQUNDAN MƏHRUM ETMİR”

Rayon məhkəməsi: “EYNİ TƏLƏBLƏ OLDUĞUNDAN MƏHKƏMƏYƏ MÜRACİƏT HÜQUQU YOLVERİLMƏZDİR”


"Ali Məhkəmə Plenumunun qərarları məhkəmələrə baxdıqları işlər üzrə hansı normativ hüquqi aktın tətbiq edilməli olduğunu izah edir, məhkəmə təcrübəsinin vahidliyi prinsipini formalaşdırır. Nə yazıq, bir çox hallarda Ali Məhkəmə hakimlərinin özləri də Plenumun qərarlarına sayğısızlıq sərgiləyirlər. Aşağı instansiya məhkəmələrindən heç danışmağa dəyməz, gerçəkdə Ali Məhkəmə Plenumunun qərarlarını “boykot” edirlər. Onda bu qərarların qəbul edilməsinə nə ehtiyac?" "DİA-AZ" xəbər verir ki, bu barədə Qarabağ qazisi, veteran jurnalist Məğrur Bədəlsoy yazır.

O daha sonra əlavə edir: "Yalnız şəxsiyyət vəsiqəsi ilə müəyyən olunan yaşayış yeri üzrə Nərimanov rayon məhkəməsinə verilən “hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma barədə sənədlərin şəxsə məxsus olması hüquqi faktının müəyyən olunmasına dair” ərizənin “bəxti il yarımdır açılmır”. Hakim Ramin Quliyev ərizəçinin təqdim etdiyi 4 sübutun 3-ü üzrə qətnamə çıxarmadığından, MPM-in 229.1.1-ci maddəsi əsasında əlavə qətnamə çıxarılmasına ərizə verilib. Hələ də ərizəyə baxılmayıb, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası isə 29.10.2024-cü il tarixli qərardadla əlavə qətnamə çıxarılmasından imtina edib.

Ərizəçi Ali Məhkəmə Plenumunun “Məhkəmə qətnaməsi haqqında” Qərarının 15.4-cü bəndi əsasında eyni tələblə məhkəməyə müraciət etmək hüququndan yararlanıb: “Əlavə qətnamə çıxarılmasından imtina olunması maraqlı şəxsi EYNİ TƏLƏBLƏ ümumi qaydada MƏHKƏMƏYƏ MÜRACİƏT etmək HÜQUQUNDAN MƏHRUM ETMİR”. Di gəl, yalnız Nərimanov məhkəməsinə verilə bilən ərizələri məhkəmə hakimləri (Mehriban Əfəndizadə, Solmaz Ədilova, Nərgiz Tağıyeva) EYNİ TƏLƏBLƏ olduğundan YOLVERİLMƏZ sayırlar. Absurd situasiyadır, Ali Məhkəmə Plenumu EYNİ TƏLƏBLƏ məhkəməyə müraciət etməyi qanuni HÜQUQ sayır, aşağı məhkəmə EYNİ TƏLƏBLƏ olduğundan bu HÜQUQA yolverilməzliyinə görə qadağa qoyur. Ərizəçi EYNİ TƏLƏBLƏ məhkəməyə müraciət etməyi sürdürür, aşağı məhkəmənin Ali Məhkəmə Plenumuna əməl etməyə borclu olduğunu bildirir, hələ də nə borc yada düşür, nə and, nə də Plenum. Ərizələri ayrı-ayrı hakimlər EYNİ TƏLƏBLƏ olduğundan yolverilməz sayır. Bu isə Konstitusiyanın özünün yolverilməzliyi anlamına gəlir.

İndi söz Ali Məhkəmədə, Məhkəmə Hüquq Şurasındadır. Hansı üstündür? Ali Məhkəmə Plenumunun “EYNİ TƏLƏBLƏ şəxsin məhkəməyə müraciət etmək HÜQUQU”, yoxsa rayon məhkəməsinin “EYNİ TƏLƏBLƏ olduğundan məhkəməyə müraciət etmək HÜQUQUNUN YOLVERİLMƏZLİYİ”?"



Geri qayıt