Əsas Səhifə > Manşet, Ölkə > Kompleks Qazma İşləri Trestinin rəhbərliyi işçilərə CƏZA KƏSİR

Kompleks Qazma İşləri Trestinin rəhbərliyi işçilərə CƏZA KƏSİR


Bu gün, 09:38
Kompleks Qazma İşləri Trestinin rəhbərliyi işçilərə CƏZA KƏSİR
Kompleks Qazma İşləri Trestində (KQİT) işçiləri narazı salan problemləri həll etməkdənsə, mövcud problemlərdən gileylənən işçilərin özləri cəzalandırılır. "DİA-AZ" xəbər verir ki, bununla bağlı KQİT rəhbərliyinə xitab edən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı "KQİT-də bu nə cəza metodur?" deyə sual da ünvanlayıb.
"Nəqliyyat üzrə cavabdeh şəxslər işini düzgün qura bilmir, yaxud yazılanlar doğrudursa, yazılanlar həqiqəti əks etdirirsə, cavabdeh şəxs ciddi cəzalanmalıdır" deyə müraciətini davam etdirəm NHMT sədri eyni zamanda narazı işçinin qeydlərini də təqdim edib:
"Şikayətçi yazır: SOCAR KQİT-nin DSÖ -20 sayı platformasin işçiləri 19 gündür dənizə gedə bilmir. Səbəb: Sizə yazıb dərdlərini dediklərinə görə cəzalandırırlar..."
Yəni anlaşılanı odur ki, NHMT-yə dərdlərini dedikləri səbəbindən SOCAR KQİT-nin rəhbərliyi işçilərə CƏZA KƏSİR? BU NƏDİR BELƏ?
Şikayətçi daha sonra bildirir: "Küləkli havada, dəniz dalğali ola-ola işçiləri çağırıb axşama qədər saxlayırlar. Hava yaxşı olanda evdə otuzdururlar... Niyə? Səbəbi nədir? Bu gün (dünən nəzərdə tutulur -red. hava yaxşı idi. Amma ki "smen" dəyişmədi... Bilirlər ki, bu gün dəyişməsələr, yenə havalar bir neçə gün küləkli keçəcək... Bu nə münasibətdir? Ayıbdır vallah..."

Geri qayıt