Əsas Səhifə > Manşet, Sosial > Binəqədi-Novxanı yolunun üstündə TƏHLÜKƏ!
Binəqədi-Novxanı yolunun üstündə TƏHLÜKƏ!Bu gün, 08:27 |
"Surxay adlı işbaz Binəqədi-Novxanı yolunun kənarındakı neft boruları üzərində dəmir bazarı açıb. Nə qədər inanılmaz görünsə də, yol kənarında açılan bu bazar çoxlu sayda neft-qaz xəttinin üzərindədir. Ən maraqlısı isə budur ki, nə icra hakimiyyəti, nə FHN, nə də bu boruların və ərazinin sahibi olan SOCAR Surxay adlı iş adamına “gözün üstə qaşın var” demir. Hər gün ağır tırlar onlarlla ton dəmir tullantılarını bura gətirir. Gələn dəmirlər burada çeşidlənir". Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir. Məqalə müəllifi daha sonra bildirir: "Neft borularının üzərindəki elektron tərəzidə çəkilir. Təsəvvür edin, hər gün bir neçə dəfə torpağın 1-2 metr dərinliyində yerləşən strateji neft kəmərlərinin üstündən ağır tonajlı maşınlar keçir, onlar bu kəmərlərin üstnüdə dyanaraq çəkilir. Bu, hər an qəza təhlükəsi yaradır. Vətəndaşlar bununla bağlı bütün qurumlara müraciət edib. Amma heç kim səsini çıxarmır. Qəza təhlükəsi qarşısında susan qurumlardan biri də SOCAR-dır. SOCAR-ın qorumalı olduğu borulardan niyə imtina etdiyi, onu Surxayın tırlarının ümidinə niyə qoyduğu bilinmir. Surxay isə “dərə xəlvət tülkü bəy” deyib çin-çin pullar qazanır. Surxaya etirazını bildirən duyarlı vətəndaşlar isə onun əlaltıları tərəfindən təhqirə məruz qalır və döyülür. Surxay bildirir ki, kimin şikayəti varsa getsin hara istəyir şikayət etsin. Kimə lazımdırsa pulunu verib, susduracaq..." Geri qayıt |