Əsas Səhifə > Manşet, Cəmiyyət > ABŞERONNEFT-də işçiləri İNSAN YERİNƏ QOYMURLAR...

ABŞERONNEFT-də işçiləri İNSAN YERİNƏ QOYMURLAR...


Dünən, 16:23
ABŞERONNEFT-də işçiləri İNSAN YERİNƏ QOYMURLAR...
"Araşdırılmasına ciddi ehtiyac duyulur, yazılanlar düzdürsə, (hətta 50%) ölkənin əmək qanunvericiliyi pozulur və buna görə də cavabdeh şəxslər cəzalanmalıdır..." "DİA-AZ" xəbər verir ki, bu açıqlama ilə çıxış edən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı bildirir ki, bununla bağlı gərəkən qurumlar mütləq şəkildə izahat verməlidir.
Tanınmış hüquq müdafiəçisi ona "Abşeronneft" Neft-Qaz Çıxarma İdarəsindən yazan işçilərini gileyini də ictimailəşdirib. "DİA-AZ" NHMT sədrinə istinadla həmin işçi müraciətini təqdim edir:
"Bizim - "Abşeronneft" NQÇİ-nin dənizdə işləyən işçilərin vəziyyəti çox acınacaqlıdır, əsas da növbə dəyişən günləri. Belə ki növbə dəyişən vaxtı gəmiyə normadan artıq işçiləri yığırlar. 45 nəfərin yerinə 90 nəfər yığırlar sahə rəisləri, nəqliyyat rəisləri, gəmi kapitanı ilə müxtəlif yollarla dil tapırlar hələ bu azmış kimi həmin gəmiyə propan, kislarod balonları da yükləyirlər.
Alət, avadanlıq, sement nə əllərinə keçdi... Fəhlələr ən dolu olan gəmiyə yükləyirlər, sonra da hansı ki, 15-20 gün dənizdə dalğalara sinə gələrək jşləyib evə ailələrinin yanına getməyən işçiləri də o özüldən bu özülə, bu özüldən digərinə həmin avadanlıqları boşaltmaq üçün fəhlələri gəzdirirlər. 3 saatlıq yolu 6 saatda gəlib Limana çatırıq. Hələ limana çatandan sonra, ya limana gedəndə fəhlələrin çantalarının daşınması üçün bizə nəqliyyat verirlər. Təsəvvür edin... siz, "bartavoy" maşınlar, içəri mazut, neft , çox acınacaqlı vəziyyət...
Məsələ burasındadı ki, rəhbərlik, təhlükəsizdik rəisləri, bütün məshul cavabdeh şəxslər buna göz yumur..."

"DİA-AZ" bildirir ki, işçilərin bu problemini işıqlandıran M.Qəhrəmanlı problemin həllinin vacibliyən diqqət çəkərək, rəisləri - rəhbər şəxsləri problemi işıqlandıranın kimliyini araşdırmaq əvəzinə, problemi həll etməyə çağırıb. O sonda bununla bağlı bildirib:

"Cənab vəzifə sahibləri... adətiniz üzərə şikayəti yazanı axtarmayın... ölkə qanunvericiliyinə hörmətlə yanaşıb problemi araşdırın və həll edin..."

Geri qayıt