Əsas Səhifə > Manşet, Güney Press > AZƏRİQAZ ÇİLƏSİ: `Soyuğa görə məcbur olub Bakıya qayıtdıq...`
AZƏRİQAZ ÇİLƏSİ: `Soyuğa görə məcbur olub Bakıya qayıtdıq...`Dünən, 16:51 |
Bakı şəhəri, Binəqədi rayon sakini Mustafayev Əli Mustafa oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayəti olduğu kimi dərc edirik. “Yeni ildə Saatlı rayonunun Hacıqasımlı kəndində yerləşən ata evimizə getdik. Fikrimiz 1-2 gün qalmaq idi. Lakin qaz olmadığından çox çətinlik çəkdik. Birinci gün 3 otaqlı evin 1 otağında odun sobası yandırdıq. Sonrakı gün soyuğa görə məcbur olub Bakıya qayıtdıq. Kənd Saatlı rayon mərkəzinin 7 kilometrliyində yerləşir. Hələ də qaz çəkilməyib. Evimi də Cəbrayıl rayon sakini olan müəllim ailəsinə vermişəm. Onun da fiziki məhdudiyyətli 9 yaşlı bir oğlu və 4 yaşlı bir qızı var. Bu kənddən başqa bizim kəndlə qonşu olan Kamallı, Məzrəli, Musalı, Dəlilər kəndlərinə də qaz çəkilməyib. 2023-cü ildə kənd sakinləri İmişli-Saatlı yolunu da bağladılar ki, bizə nəyə görə qaz çəkilmir. Amma hələ də problem həll olunmur”. Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyevlə əlaqə saxladıq. O, bizə bildirdi ki, “Azəriqaz” ın maliyyə imkanlarından asılı olaraq, bu kəndlərin qazlaşmasına növbəti mərhələdə baxılacaq. Geri qayıt |