Əsas Səhifə > Manşet, Gündəm > Neftçilərə daim diqqət və qayğı olmalıdır: BİZDƏ İSƏ...

Neftçilərə daim diqqət və qayğı olmalıdır: BİZDƏ İSƏ...


7-01-2025, 09:20
Neftçilərə daim diqqət və qayğı olmalıdır: BİZDƏ İSƏ...
Artıq neçə müddətdir ki, "DİA-AZ" olaraq ağır şəraitdə çalışan neftçilərin əməkhaqqılarının artırılması ilə bağlı məsələni gündəmdə saxlamaqla yanaşı bu yöndə olan işçi etirazlarını da işıqlandırmaqdayıq. Növbəti daha bir neçə belə müraciətləri təqdim edirik:

"SOCAR və onun şirkətlərinin rəhbərliyi özləri üçün feodalizmə bənzər bir idarəetmə qurublar. Qul oların nə vecinə... Dünya kommunizmə... demokratiyaya doğru yol seçəndə, o yolu özünə qət etməyi planlaşdıranda bizimkilər də quldarlıq dövrünə qayıtmağı planlaşdırır. Yəni ala "bir abbası"nı (20qəpik) səsin çıxmasın.

Azərbaycanda dəyişən bir təqvim oldu, bir də tarif şurasının məlum bahalaşma qərarı... Yenə də neftçilərin əməkhaqqısı artırılmadı. 4 ildir ki, eynidir..."

***

"Neftçiler gece - gunduz fasilesiz iş rejiminde, qarda-boranda, kulekde ve qizmar guneş altinda oz vezife funksiyasini layiqince icra edirler. Hamisi da olkesini, dovletini seven zehmetkeş vetendaşlardir. Kenardan baxana belke de bu peşe asan gelir amma inanin ki, neftçinin eziyyetini bilmek üçün gerek onun işlediyi saheye beled olmaq lazimdir. O kinolarda ve bezi tv.kanallardadir ber-bezekli menzereler, musiqiler ve mahnilar. Amma realliq tam ferqlidir. Bu peşenin psixoloji fesadlardan tutmuş xroniki xesteliklere qeder aparan bir yolu vardir. Ebes yere Sovet vaxti neftçileri 52 yaşdan pensiyaya çixarmirdilar ki?! Yeni neftçilere daim diqqet ve qayği olmalidir, çunki yuxarida qeyd etdiyim kimi bizler 1 nomreli Şirketin emekdaşlariyiq, bu ise çox şey demekdir.
Umudvariq mesul şexsler bizim de sesimizi eşidib emek haqqi meselesini nezerden keçirerler".

***

"Qoy dilə gətirsinlər, rəislərə verilən peşəkarlıq, bonus nəqədər fəhləninkindən artiqdir. Özləri üçün çox gözəl artırıblar, vay fəhlənin halına. Ofisdə oturanlar dənizdə canı çıxan heftçidən on dəfə artıq alırlar..."

***

"Qiymetlerin 150-200% artdigi halda... maaslari 16% qaldirirlar... Hele o da biz neftcilere aiddirse!"

____

Məsələ diqqətimizdədir...

Geri qayıt