Əsas Səhifə > Manşet, Cəmiyyət > Vətəndaş MEXANİKİ SAYĞACLARI belə İFŞA ETDİ...
Vətəndaş MEXANİKİ SAYĞACLARI belə İFŞA ETDİ...2-01-2025, 08:50 |
"Şikayətim "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən mənzilimdə quraşdırılmış MEXANİKİ QAS SAYĞACINDANDIR". "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur. Narazı vətəndaş daha sonra gileyini bu forkmada izahlayır: "Belə ki, 26.10.24-cü il tarixdə mənzilimdə mövcud olan SMART-KART TİPLİ SAYĞAC MEXANİKİ SAYĞACLA əvəz olunduqdan sonra keçən illərə görə müqayisədə istifadə olunan TƏBİİ QAZIN həcmində artım müşahidə etməyə başladım. Əgər son 3 il 10 ay ərzində SMART-KART tipli sayğacla istifadə etdiyim təbii qazın həcmi 5605 kub.m-olmuşdusa (2021-Cİ İL - 1580 KUB.M 2022-Cİ İL - 1200 KUB.M 2023-CÜ İL- 1600 KUB.M 2024-CÜ İL 26 OKTYABR TARİXİNƏ KİMİ- 1225 KUB.M ) 26.10.2024-cü il tarixdə MEXANİKİ SAYĞAC quraşdırıldıqdan sonra , yəni 26.10-31.12.24 tarixləri aralığında 65 GÜN ərzində qaz sərfiyyatının həcmi 845 KUB.M-ə bərabər olmuşdur(günlük 13 KUB.M) bu göstərici keçən illərin istənilən mövsümündə istifadə olunan təbii qazın günlük, aylıq və illik göstəricilərinfən dəfələrlə çoxdur. Bu hesabla mən mart ayının sonuna 12 qəpiklik limiti keçmiş olacam, hansı ki, ötən illərdə SMART sayğacda limiti 100 KUB.M artıq keçməmişəm. Dəfələrlə Azəriqaz İB’nə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə , Azərbaycan Respublikası Energetika Nazirliyinə və SOCAR’a müraciət etsəm də, heç bir xeyiri olmayıb. Amma bu barədə qeyri-rəsmi şəraitdə söhbət etdiyim bu sahəyə aid bütün mütəxəssislər və hətta Azəriqaz’ın əməkdaşları da etiraf edirlər ki, yeni nəsil MEXANİKİ SAYĞACLAR SMART KART TİPLİ SAYĞACLARDAN FƏRQLİ OLARAQ AYLIQ HESABDA 100-150 KUB.M ARTIIQ HƏCM GÖSTƏRİR. Halbuki, qeyd edilən mənzildə iki nəfər yaşayır ki, onlar səhər saat 8-n axşam saat 5-ə kimi işdə olurlar. Mənzildə isə neçə illərdir bir ədəd 28-lik kombi (qışda 45 dərəcədə olur) və 4 gözlü qaz peçindən istifadə olunur. Yuxarıda qeyd edilən qurumların rəhbərlərindən xahiş edirəm ki, mənzilimdə SMART TİPLİ QAZ SAYĞACINI BƏRPA ETSİNLƏR". Qeyd edək ki, narazı vətəndaş özünün əlaqə telefonunu - 050 335 49 47 - təqdim edərək, onunla əlaqədar qurumların bağlantı qurmasını da tələb edir. Geri qayıt |