Əsas Səhifə > Manşet, Ölkə > AZƏRİQAZ MÖCÜZƏSİ: Evinə TULLAN KEÇ...

AZƏRİQAZ MÖCÜZƏSİ: Evinə TULLAN KEÇ...


Dünən, 09:10
AZƏRİQAZ MÖCÜZƏSİ: Evinə TULLAN KEÇ...
Tərtər rayonunda yaşayan Lalə Vəliyevanın başına qəribə hadisə gəlib. Belə ki, kəndə çəkilən ümumi qaz borusu onun həyət qapısının tam qarşısəndan çəkilib. Qaz idarəsinin əməkdaşlarıının etdiyi səhv Vəliyevanın həyət qapısınən giriş-çıxışını məhdudlaşdırır. Bu barədə Tərtər Regional qaz İdarəsinə məlumat verdiyini bildirən şikayətçi idarə əməkdaşlarının şikayətə biganə yanaşdığını deyir. Onun sözlərinə görə problemlə bağlı Tərtər rayonunda müvafiq quruma müraciət etdiyində ona bildiriblər ki, o qaz borusunun yerini öz vəsaiti ilə dəyişdirməlidir.

Vətəndaş deyir ki, maddi imkanı olmadığı üçün adiyyatı qrumlara müraciət etsə də, 1980-ci ildə inşa edilən evin çıxarışının olmamasını bahanə edib onların problemini həll etməkdən imtina ediblər

Qarabağ qazisi İlham Mustafayev də qudası Lalə vəliyevin problemindən xəbərdar olduğunu deyir. Qazi deyir ki, bəlkə də yalnız Azərbaycanda belə hal baş verir, kəndin ana qaz borusu vətəndaşın həyətinin içindən, əsas giriş qapısının tam qaşısından keçir və girişi məhdudlaşdırır.

Mustafsyev deyir ki, 1 saata həll edilməsi mümkin olan problem üçün qaz idarəsinin rəisi onlardan 600 manat pul istəyir.

Kanal13

Daha ətraflı aşağıdakı videoda:


Geri qayıt